Загрузка...

Məktəbdə əxlaqsız şagirdin videosundakı qız canlı yayımda damarını kəsdi - VİDEO

Məktəbdə əxlaqsız şagirdin videosundakı qız canlı yayımda damarını kəsdi - VİDEO
Загрузка...
132-134 saylı Təhsil Kompleksində zorakılığa məruz qalan 7-ci sinif şagirdi ictimaiyyətin qınağından sonra intihara cəhd edib. Fevralın 10-da İnstaqram sosial şəbəkəsində canlı yayıma çıxan qız damarlarını kəsməyə başlayıb. Bu barədə Oxu.az-a açıqlamasında hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib. "Görünür ki, qız bundan əvvəl də zorakılığın qurbanı olub, lakin bu barədə heç kim danışmır.
Hamı başa düşməlidir ki, qız zorakılığın qurbanıdır. O uşaqdır, 13 yaşı var və böyük psixoloji problemləri var. İndi isə mənə belə söhbətlər çatıb ki, oğlan keçmiş nazirin nəvəsi olduğu üçün jurnalistlərə zəng vurub onun barəsində heç nə yazmamağı tələb ediblər", - Kəmalə Ağazadə deyib.
Xatırladaq ki, təhsil kompleksinin 11-ci sinif şagirdi R.C.-nın sabiq müdafiə naziri, general Dadaş Rzayevin nəvəsi olması barədə yayılan məlumatı generalın xanımı təkzib edib. Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.
Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl Məhkəməsinin qərarı ilə R.C. barəsində həbs qətimkan tədbiri seçilib.
Загрузка...
Загрузка...

Xəbər lenti