Загрузка...

Məktəb direktoru: ''İndi sən deyirsən kimsə mənə pul verib, mən Peyğəmbər deyiləm ki...'' - SƏS YAZISI

Məktəb direktoru: ''İndi sən deyirsən kimsə mənə pul verib, mən Peyğəmbər deyiləm ki...'' - SƏS YAZISI
Загрузка...

“Balaqardaş aranı qızışdırır ki, qoy Ələsgər getsin, yerin satım”

Abzas.net-ə Biləsuvar rayon Aşağı Cürəli kənd orta məktəbinin direktoru Ələsgər Şahbazovun vətəndaşla telefon danışığının səs yazısı daxil olub.

O, telefon danışığında bildirir ki, Balaqardaş aranı sakitləşdirməkdən, əksinə, qızışdırır ki, qoy Ələsgər getsin, yerin satım.

Məlumatı Abzas.net-ə verən vətəndaş bildirir ki, burada söhbət Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovdan gedir.

Məktəbin direktoru  danışığa davam edərir…

Mənim elə bir ciddi saxtakarlığım yoxdur

“Mənim hal-hazırda elə bir ciddi saxtakarlığım yoxdur. İndi sən deyirsən kimsə mənə pul verib, mən Peyğəmbər deyiləm ki, mənim də səhfim ola bilər”, – deyə, direktor əlavə edir.

Səs yazısından görsənir ki, Ələsgər Şahbazov səhvlərin etiraf etməyi də bacarıb.

68 yaşlı məktəb direktoru deyir ki, o, kişidir və səhvlərini etiraf etməyi də bacarır.

“Bədəlnən mənim aramda belə söhbət olub, o mənə dedi ki, mən sənə 1 ayın maaşın verəcəm, mən də dedim ki, bir ayın maaşı ilə, mən adam işə götürmürəm”, – deyə, o bildirib.

Məsələ ilə bağlı elə səs yazısındakı məktəb direktoru Ələsgər Şahbazova zəng etdik ki, onun da səs yazısı ilə bağlı mövqeyin öyrənək. Ələsgər Şahbazov bildirdi ki, belə bir şey heç vaxt olmayıb, yalan söhbətdir, o, heç vaxt belə bir şey danışmayıb. O, bildirib ki, təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov onun ən istəkli adamımdır, dostudur. Uzun müddətdir bir yerdə işləyirlər, heç bir problem yoxdur.

Biz isə, yenidən direktora səs yazısının olduğunu xatırlatdıq.

Səs yazısı varsa, gətirərsiniz

“Siz kimsinizsə, gələrsiniz üz-üzə danışarıq. Məktəb direktorun təhsil şöbəsinin müdiri təyin etmir, direktor müsabiqə yolu ilə seçilir. Direktoru Təhsil Nazirliyi təyin edir”, – deyə, əlavə etdi.

Səs yazısını Abzas.net-ə ötürən vətəndaş bildirir ki, 68 yaşlı məktəb direktoru Ələsgər Şahbazov 45 ildir ki, bu vəzifədədir. Onun sözlərinə görə, direktor çalışır ki, ondan sonra bu vəzifədə müavini Ramin Hüseynov olsun. Hansı ki, Ramin Hüseynov direktorluq imtahanından keçməyib.

Bazardır ki, yer sata?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyin öyrənməyə çalışdıq. Nazirlikdən bizə bildirdilər ki, yer satmaq nə deməkdir? Bazardır ki, yer sata? Nazirlikdən əlavə etdilər ki, bizə yazılı formada müraciət edin, biz məsələni xidməti qaydada araşdıraq.

Səs yazısında adı keçən Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovla isə əlaqə saxlamaq mümkün olmadı. Məsələ ilə bağlı, onun da mövqeyini verməyə hazırıq.

Səs yazısını təqdim edirik

Загрузка...
Загрузка...

Xəbər lenti