Məşhur Qarabağ qaziləri biznesmenə çevrildi - Əlillərin dərdi unuduldumu? Məşhur Qarabağ qaziləri biznesmenə çevrildi - Əlillərin dərdi unuduldumu?

Məşhur Qarabağ qaziləri biznesmenə çevrildi - Əlillərin dərdi unuduldumu?
Загрузка...
Xətai rayonunda yeni göydələnlər tikmək üçün növbəti ağac kəsiminə başlanılıb. Özü də harada, düz metronun yaxınlığında.
"Ölkə.Az”ın əməkdaşının araşdırması zamanı məlum olub ki, Əhmədli metrosunun yaxınlığında yerləşən Məhəmməd Hadi küçəsi 41 ünvanında təxminən yarım hektar ərazi dəmir lövhəciklərlə hasara alınıb. Belə ki, həmin ərazi uzun illər qarşı binada yaşayan sakinlər üçün park kimi fəaliyyət göstərib. Ancaq son vaxtlar elə həmin ərazinin təxminən 50 metrliyində 2 bina tikən "Ressan” MMC ərazini dəmir lövhəciklərlərlə hasara alıb. Artıq yeni göydələn tikmək üçün müəyyən qazıntı işləri də aparılıb. Ağacların kəsimi ilə əlaqədar adıçəkilən tikinti şirkəti ilə əlaqə saxladıq.
MMC-nin satış müdiri, özünü Fərid kimi təqdim edən şəxs ağac kəsiminin lazımı idarələr tərəfindən aparıldığını bildirdi: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları özü gəlib budama işləri aparıb, sənədlər alınıb və yeni bina tikiləcək. Yaşıllaşdırma idarəsi məlumatlıdır. Bünövrə qazmamışıq, sadəcə torpaq götürülüb”. Tikinti şirkəti kimə məxsusdur sualımıza isə cavab belə oldu: "Tikinti şirkəti Qarabağ qaziləri birliyinin sədri Etimad Əsədov və idarə heyətinin üzvi Firudin Məmmədova məxsusdur”. 

Onu da qeyd edək ki, yeni inşa olunacaq göydələn 202 saylı uşaq bağçasının qarşısında tikiləcək. Körpələrimiz isə istəsələr də-istəməsələr də ən azı 2 il aparılacaq tikintinin tozunu-dumanını udmalı olacaqlar. Qısa araşdırmamız zamanı isə "Ressan” MMC-nin direktorunun Mahir İsmayılov olduğu üzə çıxdı. Onun adı məhz ağac kəsimində hallanıb.
Belə ki, 2016-cı il iyulun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin "Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. 

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək "Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub. Hazırda kəsilən ağacların həqiqətən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi ilə kəsilməsinə gəlincə, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova əlimizdə olan şəkillər əsasında araşdırma aparmalarını istədi. Bununla bağlı Ekologiya Nazirliyinin Xətai rayonu üzrə müfəttişi Rəvan Teymurov suallarımızı cavablandırdı: "Məhəmməd Hadi küçəsi 41 saylı binanın qarşısında Qarabağ qaziləri ictimai birliyinin nəznində yaranmış "Ressan” MMC-nin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icarə müqaviləsi üzrə hardasa 40 sot torpaq ayrılıb. 
Bundan sonra onların Ekalogiya Nazirliyinə müraciəti əsasında Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ötən ilin dekabr ayının sonlarında qanuni budama işləri aparılıb. Həmin vaxtı biz orda olmuşuq, ağac kəsintisi faktı olmayıb, lakin orda olan bütün ağaclar tərəfimizdən qeydiyyata alınaraq sayılıb, akt əsasında qorunması üçün onların özünə təhvil verilib. Ondan sonra ayda 1 dəfə, rübdə 2 dəfə əraziyə baxış keçiririk görək hər hansı ağac kəsilməyib, bina tikilmir. Qaldı qarşı tərəfdə olan 2 qovaq ağacının qısaldılmasına, bunlar hamısı qanuna müvafiq qayda da görülüb”. Ərazinin hasara alınması qanunidir sualımıza isə müfəttişin cavabı belə oldu: "Torpağın sənədi ilə bağlı tikinti şirkətinin hər hansı icazəsi varsa, artıq həmin hüdudları dəmir çərçivəyə almağa icazə verilir. Ancaq mən bildiyim qədər həmin torpağın ayrılması ilə bağlı icazə var, tikintinin aparılmasına icazə yoxdur”. 
Qaldı ərazidə qalan ağacların taleyinə, yaxın gələcəkdə həmin ərazidə binanın tikintisi ilə bağlı icazə olarsa o zaman həmin şirkət ağacların köçürülməsi ilə bağlı rəsmi qayda da nazirliyə müraciət edə bilər. Artıq o mənim səlahiyyətimdə deyil. Söz verə bilmərəm ki, necə olacaq”.
Ağacı kəsmək 1 dəqiqəlik iş olsa da , onun böyüməsi üçün illər tələb olunur. Yəqin ki, bina tikmək arzusunda olanlar ağac olmayan əraziləri seçsələr daha yaxşı olar.
Criminal.az xatırdadır ki, E.Əsədov "Qarabağ qazilər” birliyinin sədri, F.Məmmədov isə sədr müavini olub.







Загрузка...
Загрузка...

Xəbər lenti