Məhkəmələr niyə fiziki şəxsləri müflis elan etmək istəmir?

Məhkəmələr niyə fiziki şəxsləri müflis elan etmək istəmir?
Загрузка...
Banka borcu olan bəzi adamlar özlərinin müflis olunmasını istəyirlər. Hüquqşünaslar Azərbaycanda qanununvericiliyə edilən son dəyişiklərin fiziki şəxsin müflis olmasına imkan yaratdığını deyirlər. Ancaq onu da bildirirlər ki, ölkə məhkəmələri onlara edilən belə iddiaları hələ ki, təmin etməyib. Bəzi Milli Məclis üzvləri hesab edirlər ki, banklar məhkəmələrdə öz mövqelərini daha güclü müdafiə edə bildikləri halda özünü müflis etmək istəyən şəxs bunu edə bilmir. Bank kreditinə görə borclanan və borcunu qaytara bilməyən Elza Qəhrəmanova özünün müflis elan edilməsini istəyir. 58 yaşlı təqaüdçü Elza Qəhrəmanova sonuncu dəfə bankdan borc götürəndən bir həftə sonra Azərbaycanda devalvasiya baş verib. Bundan sonra ailə borcun dollarla olduğunu öyrənib. Hazırda borc ikiqat artıb və o, müflis elan edilmək üçün məhkəməyə müraciət edib.
"Nəfəs ala bilmirik"
Elza Qəhrəmanova deyir ki, borc götürdükləri vaxt tikintidə işləyən oğlu kreditin aylığını ödəyirmiş. Sonra isə iş yeri bağlandığı üçün oğlu da işsiz qalıb. Buna baxmayaraq ailə 10 ay banka ödəniş etdiyini deyir, amma sonra bütün gücləri tükənib. "İnanın, çörək tapmırdıq yeməyə", Elza xanım o günlərini xatırlayır. O deyir ki, hazırda borclu olduğu bank onu məhkəməyə verib. Elza xanımın özü də müflis elan edilmək üçün məhkəməyə müraciət edib. Kredit borcuna görə həbslər "əhalini qorxutmaq məqsədi daşıyır" Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var Ancaq Ali Məhkəməyə qədər getsə də, iddiası təmin olunmayıb. O deyir ki, hazırda onun banka borcu 2 qat çoxalıb. Elza Qəhrəmanova 180 manat pensiya alır, borcun aylığı isə 315-320 manat olub. Oğlu işsizdir, qızı isə universitetdə ödənişli təhsil alır. Bu vəsaitin ödənişi də ailənin çiynindədir. "O qədər borc yığılıb ki, nəfəs ala bilmirik. Qızımın təhsil haqqını zorla veririk", Elza xanım danışır. 

Hüquqşünas Əkrəm Həsənov
"Məhkəmələr şəxsləri müflis etmək istəmir"
2015-ci ildə "Azərbaycanda müflisləşmə və iflas haqqında" qanuna edilən dəyişikliyə görə, artıq fiziki şəxslər də müflis elan edilə bilər. Azərbaycanda məhkəmələr fiziki şəxslərin müflis edilmə hüquqlarını təmin etməkdən imtina edir, hüquqşünas Əkrəm Həsənov deyir.
Onun sözlərinə görə, 10-dan çox şəxs müflis elan edilməklə bağlı məhkəməyə müraciət etsə də, heç biri buna nail ola bilməyib. Bu işlərdən yalnız biri növbəti instansiya məhkəməsinə keçib. Lakin o məhkəmələr də vətəndaşın tələbini təmin etməyib, hüquqşünas vurğulayır. Azərbaycanda bankların bağlanması ilə bağlı mübahisə Azərbaycanın bank siyasəti ölkə iqtisadiyyatını hara aparır?
Hüquqşünas deyir ki, qanunvericiliyə görə, şəxs borcunu ödəmək qabiliyyətində deyilsə, müflis elan edilə bilər. Və həmin şəxsin əlindən yaşayışı üçün zəruri olan əmlak və ya əşyalar alına bilməz. Şəxsin pensiyası isə o zaman gəlir hesab oluna bilər ki, bu məbləğ yaşayış minimumundan çox olsun. Prezident İlham Əliyevin təsdiqlədiyi qanuna görə, yaşayış minimumu 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat məbləğ nəzərdə tutulur. Bu rəqəm təqaüdçülər üçün 144 manatdır. Amma təqaüdçü məhkəmədə sübut etsə ki, onun himayəsində olanlar var və ya xəstədir və xəstəliyinə görə aylıq xərci çoxdur, bu zaman da pensiya gəlir hesab olunmur, Əkrəm Həsənov deyir. Qanunda bu açıq şəkildə təmsil olunsa da, təcrübədə hələ də fiziki şəxslərin özünü müflis elan edə bilməsi çətindir, hüquqşünasın qənaəti belədir. O, bunun səbəbini Azərbaycanda "bank lobbisinin çox güclü olması ilə" izah edir. Azərbaycanda fiziki şəxslərin özlərini müflis elan etdirəbilmə ənənəsinin yaranmasını istədiyini deyən cənab Həsənov məhkəmə qərarlarından şikayətlər versə də, heç bir nəticə əldə bilməyib.
"Bir apellyasiya məhkəməsi qərar verdi ki, guya Azərbaycanda fiziki şəxs özünü müflis elan edə bilməz. Yalnız fərdi sahibkar bunu edə bilər. Halbuki qanunda bu var", hüquqşünas danışır.
Əkrəm Həsənov bu işlə bağlı Azərbaycan Konstitusiya Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyir. 

Güclü tərəf
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimlinin sözlərinə görə, məhkəmələr müflis elan edilmək üçün müraciət edən vətəndaşların tələbini yoxlamalı və qanuna uyğun qərar çıxarmalıdır. Cənab Kərimli deyir ki, istər fiziki, istərsə də hüquqi şəxslərin müflis elan edilməsi qanunvericilikdə öz əksini tapıb.
"Hətta bu, qanunvericilikdə olmasa belə, konstitusiyamıza zidd deyilsə, beynəlxalq hüquqa görə də qərar çıxarmaq olar". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bəzi məhkəmələrin bu məsələlərdə vətəndaşların xeyrinə qərar çıxarmaq istəmədiyini söyləyir: "Banklar mövqelərini, mənafelərini əldən vermək istəmirlər. Məhkəmə sistemində çəkişmə gedəndə hansı tərəf güclüdürsə, o tərəf də qalib gəlir", o deyir.
Millət vəkili bankların vəziyyətinin ürəkaçan olmadığını və devalvasiyadan sonra gəlirlərilə əlaqədar ciddi problem yaşadıqlarını söyləyir. " Müflis elan edilmə vətəndaşların hüququdur. Məhkəmə gərək qanuna uyğun olaraq, işi onların xeyrinə həll etsin. Elə olanda yaxşı olar ki, bizə müraciət etsinlər. Biz o məsələlərə baxaq", cənab Əhmədov deyir.
Загрузка...
Загрузка...

Xəbər lenti