Məhkəmədə Arif Alışanovun maaş cədvəli TƏLƏB EDİLDİ

Məhkəmədə Arif Alışanovun maaş cədvəli TƏLƏB EDİLDİ
Загрузка...
AZTV- ə sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib. Daha sonda Şücaət Əkbərovun vəkili Bəxtiyar Hacıyev vəsatət qaldıraraq işin baxışını təxirə salınmasını istəyib: "Çünki müvəkkilim işlə tanış ola bilməyib. Latın qrafikasında oxuyub-yaza bilmir. Lakin prokurorluq bunu nəzərə almayaraq kobud prosessual qaydaları pozub. Məhkəmədən buna görə Şücaət Əkbərov iş materiallarına tanış olmaq üçün vaxt verilməsini istəyirik".
Bu vəsatət də təmin edilməyib. Bildirilib ki, bu prosesin uzadılmasına xidmət edir. Şücaət Əkbərovun vəkili Alışanov və yaxınları adına alınan torpaqların alqı-satqısı ilə bağlı 2013-2017-ci il ərzində Şamaxı notariatına sorğu verilməsini, ona aid əmlakların siyahısının Dövlət Reyestr Xidmətindən çıxarılması istəyib.
Vəsatət baxılmamış saxlanılıb. Daha sonra vəkillər 2013 - 2016-cı illər ərzində Arif Alışanovun aldığı əmək haqqı ilə bağlı maliyyə arayışının müvafiq orqandan alınmasını, maaş cədvəlini tələb ediblər: "Burda o boyda torpağın hansı pulla alınmasını məlum deyil. AzTV ona aylıq 200 min manat maaş verir ki? Buna görə də vəsatətin təmin edilməsini istəyirik".
Vəsatət təmin edilməyib. (lent.az)
Загрузка...
Загрузка...

Xəbər lenti