Məhkəmə müstəntiq barədə xüsusi qərardad çıxardı - Qərəzə yol verib

Məhkəmə müstəntiq barədə xüsusi qərardad çıxardı - Qərəzə yol verib
Загрузка...
Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi barədə xüsusi qərardad çıxarıb. Trend-in məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ruqiyyə Səmədova 3 yaşlı uşağın ölümü ilə bağlı başlanmış cinayət işində müstəntiq Əflatun Hüseynovun qərəzə yol verdiyi qənaətinə gəlib, məhkəmə istintaqı zamanı müstəntiqin təqsirləndirilən şəxsin əleyhinə ifadələr alması müəyyən edilib. Buna görə də hakim iş üzrə çıxardığı hökmdə işi araşdıran müstəntiqin cəzalandırılması barədə xüsusi qərardad çıxarıldığını və Baş Prokurorluğa bu barədə təqdimat göndəriləcəyini bildirib. Sumqayıt Şəhər Prokurorluğu isə hökmdən Bakı Apellyasiya Məhkəməsinə protest verib.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Faktla bağlı Sumqayıt ŞƏHƏR Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib. İş üzrə Sumqayıt Şəhər Məhkəməsində hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsmayıl Qəmbərovun günahı sübuta yetirilməyib və ona bəraət verilib.
Загрузка...
Загрузка...

Xəbər lenti