''Maşında gedərkən polis avtomobili qarşımı kəsib...'' - BAŞ REDAKTOR

''Maşında gedərkən polis avtomobili qarşımı kəsib...'' - BAŞ REDAKTOR
Загрузка...
İyunun 12-də "Tolışon sado" ("Talışın səsi") qəzetinin baş redaktoru Rafiq Cəlilov saxlanılaraq Lənkəran rayon Polis Şöbəsinə aparılıb. Sosial şəbəkələrdə yayılan məlumatı Rafiq Cəlilov telefonla Amerikanın Səsinə təsdiqləyib.
Rafiq Cəlilov deyib ki, maşında gedərkən polis avtomobili yolda maşının qarşısını kəsib və ondan maşından düşərək polisə getməsini tələb edib. "Beş saat polisdə saxlandıqdan sonra azad buraxıldım”, Rafiq Cəlilov  bildirib. Bu müddətdə ondan qəzetin fəaliyyəti ilə bağlı soruşublar.
Öz növbəsində Lənkəran rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildiriblər ki, Rafiq Cəlilov saxlanılmayıb, sadəcə onunla söhbət edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti