Masallıda 48 yaşlı kişini öldürdülər

Masallıda 48 yaşlı kişini öldürdülər
Загрузка...
Masallı rayonunda qətl hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mollaoba kəndi ərazisində həmin kənd sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov bıçaqlanaraq qətlə yetirilib. Hələlik qətl hadisəsinin hansı şəraitdə törədildiyi məlum deyil.
U.Həsənovun meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, cinayəti mərhumun həmkəndlisi törədib.
Qətli törədən şəxsin adı açıqlanmır. Hazırda qətl hadisəsi araşdırılır. 
Загрузка...
Загрузка...

Xəbər lenti