London məhkəməsi Azərbaycan dövlət bankının əleyhinə qərar çıxardı

26 Yanvar 2018, 10:30
26 Yanvar
2018
10:30
465
Загрузка...
London yüksək məhkəməsi Rusiyanın ən iri dövlət bankı "Sberbank”ın və "Franklin Templeton Investment Management Limited” investisiya şirkətinin iddiası əsasında Azərbaycan Beynəlxalq Bankının əleyhinə qərar çıxarıb. Bu bəd xəbəri məhkəmənin hələ yanvarın 18-də çıxardığı qərarla tanış olan "Reuters” agentliyi yayıb. Virtualaz.org "Reuters”ə istinadən xəbər verir ki, qərar Azərbaycan Beynəlxalq Bankının xarici valyuta ilə olan borclarının restrukturizasiyası ilə bağlıdır.
Xəbər verildiyi kimi ötən ilin mayında Azərbaycan Beynəlxalq Bankı gözlənilmədən xarici valyuta ilə olan 3.3 milyard dollarlıq borclarının rstrukturizasiyasını elan edib. Bank Azərbaycan hökuməti ilə birlikdə kreditorlara təklif edib ki, avrobondlar da daxil olmaqla borclarının bir hissəsinin silinməsi ilə razılaşsınlar, qalan hissəsinin isə Azərbaycanın dövlət borcu kimi sənədləşdirilərək ödənilmə vaxtının uzadılmasını qəbul etsinlər.
Bankın kreditorlara təklif etdiyi diskont borcun kateqoriyasından asılı olaraq 3, 20 və 50 faiz təşkil edirdi.

"Sberbank”a yaxın mənbə "Reuters”ə bildirib ki, onlar ikinci kateqoriyaya salınıb. Yəni bank Azərbaycan Beynəlxalq Bankına verdiyi borcun 20 faizinin silinməsi ilə razılaşmalıydı. Lakin "Sberbank” bu şərti qəbul etməyib.
Ötən ilin may ayında Azərbaycan Beynəlxalq Bankı London Yüksək məhkəməsinin kreditorların tələblərinə moratorim qoyulmasına dair qərar çıxarmasına nail olmuşdu. Bu qərar bankı kreditorların tələblərindən qoruyurdu. Bank moratorimum müddətinin 2018-ci il yanvarın 30-nadək uzadılması üçün yeniən məhkəməyə müraciət edib. Lakin "Sberbank” və "Franklin Templeton İnvestment Management Limited” buna qarşı çıxıblar. Məhkəmə onların iddiasını təmin edib.
Bildirilir ki, "Sberbank” 2016-cı ildə ticarət sövdələşməsi maliyyələşdirilməsi üzrə Azərbaycan Beynəlxalq Bankına 20 milyon dollar borc verib. "Franklin Templeton İnvestment Management Limited” investisiya fondu isə bankın 500 milyon dollarlıq avrobondlarını almışdı. Bu borc 2019-cu ilədək geri ödənilməliydi.
Bu kreditorların hər ikisi bankın restrukturizasiya planı ilə razı deyil. Onlar bildirir ki, borclu ilə münasibətləri ingilis hüququ əsasında qurulub və 1890-cu ildə London məhkəməsinin çıxardığı, "Gibbsin işi” kimi tanınan qərara əsasən ingilis hüququ əsasında nizamlanan borc digər yuridiksiyada borclunun müflisləşmə proseduru ilə bağlı silinə bilməz. London Yüksək məhkəməsi "Gibbsin işi” presedentini nəzərə alıb və iddianı təmin edib.

"Bu qərar ingilis hüququna dair tələblərin stabilliyinin gücləndirilməsinə və bazar iştirakçılarının öz öhdəliklərini vicdanla yerinə yetirməsinə stimul verəcək”-"Sberbank”ın mətbuat xidmətindən deyiblər. "Franklin Templeton İnvestment Management Limited” şirkəti isə şərh verməkdən imtina edib.
Azərbaycan Beynəlxalq Bankından isə bildiriblər ki, məhkəmənin qərarına baxmayaraq "Sberbank” və "Franklin Templeton İnvestment Management Limited” borclarının qaytarılmasını tələb edə bilməyəcəklər. Çünki qərardan apellyasiya şikayəti verilib. Bank bildirir ki, İngiltərədəki məhkəmə prosesi bankın borclarının restrukturizasiyasına təsir etməyəcək.
Lakin britaniyalı vəkil deyib ki, restrukturizasiya məhkəmənin yekun qərar çıxarmasına qədər yekunlaşa bilməz. Apellyasiya prosesi ən azı bir neçə ay davam edəcək.
Virtualaz.org xatırladır ki, iki gün əvvəl Azərbaycan Beynəlxalq Bankı gözlənilmədən restrukturizasiya planının müddətinin üç ay uzadıldığını bildirmişdi, amma bunun səbəblərini açıqlamamışdı.
Загрузка...
Xəbər lenti
-
12:36Jurnalist Mustafa Hacıbəyliyə hökm oxundu
-
12:29ATƏT nümayəndəsi rəsmi Bakını KİV-ə şərait yaratmağa çağırdı
-
12:24Bakı metrosunda azyaşlı qıza zor tətbiq edən oğru tutuldu
-
20:03Milli Şuranın mitinqinə icazə verilmədiyi deyilir
-
18:48Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı - “İş adamı olmaq qəbahətdir?”
-
18:37‘DTX əməkdaşı, Kəmaləddin Heydərovun qohumu olduğunu deyirdi...’
-
18:00"Elmar Vəliyev şəhid anasının həbs edilməsini istədi, general isə..." - jurnalistin məhkəməsindən ilginc məlumatlar
-
16:08Yenilənmiş siyasi məhbus siyahısı təqdim edilib
-
14:44Şantaja görə tutulan Mahmud Tağıyevin məhkəməsi başladı
-
14:42Gənc fəala 15 sutka həbs verilib
-
12:22Azərbaycanda ölülər də radara düşür - Xanım jurnalistə polisdən şok məktub
-
11:48Böyük Britaniya səfirliyində medianın durumu müzakirə olunub
-
11:08Prezidentin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir? - DOSYE
-
11:00Bakıdakı məşhur fahişəxanada əməliyyat - 51 qadın saxlanıldı
-
10:52Məşhur terror təşkilatının lideri Türkiyədədir
-
09:34Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı - itirilən yaşıl milyonlar...
-
09:25-İcra başçısının daha bir milyonluq biznesi ifşa edildi - "Bir ölkəni daha necə dağıtmaq olar???"
-
07:46Redaktor narkotik satışına görə həbs edildi
-
07:32Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir
-
07:30''Leyla Şıxlinskaya qısqanclığına görə bu oyunu qurdu''
-
07:24AXCP üzvü Rövşən Quliyev həbs edilib
-
01:23Dövlətə xəyanətdə ittiham olunan: Yanımda iki nəfər öldü
-
21:27Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
12:13Mədət Quliyevin oğlu Nigarla klipə çəkildi
-
12:09Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
11:56“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT
-
11:50Ötən ildən axtarışda olan şəxs saxlanıldı
-
11:02Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası
-
08:08Azərbaycanlı Türkiyədə saxta pulla tutuldu
-
08:01Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
-
00:09Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
22:21"Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir"
-
22:08Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı
-
22:03Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
-
21:23''Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb''
-
19:32Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
-
19:29Ramil Usubov yeni rəis təyin etdi
-
18:54ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb
-
16:15"Prezident Administrasiyasından dedilər ki, gəl"
-
16:00“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı
20 Fevral 2019
19 Fevral 2019
18 Fevral 2019
Digər xəbərlər
-
Korrupsiya
Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı - “İş adamı olmaq qəbahətdir?”
-
Korrupsiya
Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı - itirilən yaşıl milyonlar...
-
Sənəd, Manşet, Foto, Korrupsiya
-İcra başçısının daha bir milyonluq biznesi ifşa edildi - "Bir ölkəni daha necə dağıtmaq olar???"
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
Korrupsiya
Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası
-
Korrupsiya
Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
-
Korrupsiya
"Bilmirəm prokurorlar və nəvələri məni niyə sevmir..." - Tanınmış vəkil Baş Prokurorluğu büdcəni talamaqda ittiham edir
-
Manşet, Foto, Korrupsiya
Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı - şok faktlar
-
Manşet, Korrupsiya
Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı