Külli miqdarda ziyana düşmüş sahibkarlar Qənirə Paşayevaya müraciət etdilər

Külli miqdarda ziyana düşmüş sahibkarlar Qənirə Paşayevaya müraciət etdilər
Загрузка...
"Karvan” ticarət mərkəzində yüzminlərlə manatlıq malı yanan sahibkarlar deputat Qənirə Paşayevadan kömək istəyirlər
Zərərçəkmiş sahibkarlar Criminal.az saytına ünvanladıqları müraciəti təqdim edirik: 
Hörmətli Qənirə xanım, əslində bizim problemlə tanışsız. Biz, Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva, 2013-cü ildə "Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşmüşük. Bizə 325 min manat miqdarında zərərin dəyməsi rəsmən məhkəmə tərəfindən təsdiqlənib. Bu zərəri ödəməli olan tərəf -"Karvan"ın rəhbəri tərəfindən də təsdiqlənsə də, o bizə dəyən zərəri ödəmək istəmir.
Sumqayıtda yerləşən "Karvan" Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş  vermiş  yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb. Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib) bildirib ki, dəyən zərərə görə "Azsığorta" şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək. Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (100min ) yanğından ümumilikdə 325 min manat zərər dəyib. Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə "Karvan"ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmir. Halbuki biz neçə illərdir müqavilə əsasında fəaliyyət göstərmişik, "Karvan"ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz də var. Amma hüquqi şəxs kimi "Karvan" Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa da indi kimlərəsə arxalanaraq gah sığortanı, gah başqa şeyləri bəhanə gətirərək,bizə dəyən ziyanı ödəmək istəmir.
Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam edib. İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar.
Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi. Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər.
İ.Bayramovun sonradan dedyinə görə bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının qanunsuz olaraq 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?.
Bundan başqa biz Ali Məhkəmənin hakimi İnqilab Nəsirovdan da şikayətçiyik. Belə ki, məhkum İ.Bayramov həbsxanadan 2016-cı il noyabrın 10-da Ali Məhkəməyə müraciət edərək xahiş edib ki,Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarından (bu qərarla o 5 il 6 ay azadlıqdan məhrum edilib)işin yeni məhkəmə baxışına qaytarılmasına dair qəbul edilsin. Ali Məhkəmənin hakimi İnqilab Maşallah oğlu Nəsirovun sədrliyi ilə 16 fevral 2017-ci il tarixində keçirilən məhkəmə kollegiyası da kassasya şikayətini "qismən”təmin edərək daha işin yeni məhkəmə baxışına qaytarılması haqda yox, gülməli və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda qərar verib, onu demək olar ki, azadlığa buraxıb .Halbuki məhkum heç bunu xahiş edib istəməyib...
2013-cü ildən bəri 3 nəfərik ki, bütün instansiyaları keçsək də şikayətimiz təmin olunmur. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edilmədi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə  borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik. Göndərdiyimiz bir topa sənədlərin fotosundan görmək olur ki, şikayətlərimiz rekord sayda-minlərlə olsa da bəzi məmurların,hansısa "böyük bir sirli qüvvənin” səbəbindən biz öz halal pullarımızı ala bilmirik. Bizim döymədiyimiz qapı,müraciət etmədiyi dövlət qurumu qalmayıb,amma xeyri yoxdur. Bir neçə dəfə bizim şikayət mətbuatda da dərc olunub,amma bizim məsələyə nə rəsmi orqanlar tərəfindən müsbət reaksiya gəlməyib,nə də "Karvan”ın rəhbəri Kamil Əhədov tərəfindən.
Dəfələrlə problemimizlə bağlı prezident İlham Əliyevə, müraciət etmişik,amma birmənalı olaraq bir dəfə də olsun heç birimizə bir cavab gəlməyib. Fikrimİizcə bu 5 il ərzində bizim ölkə başçısına ünvaladığımımız yüzlərlə rəsmi şəkildə məktuba, ərizəyə,teleqrama ona görə cavab gəlmir ki, onlar ünvanına çatmır. Bu şikayətlər çox güman kənara qoyulur və ya onların çatmasına imkan vermirlər,qoymurlar.Çünki əks halda mən inanıram ki, ən azından problemimizlə bağlı prezidentə, birinci xanım, vitse-prezident Mehriban Əliyevaya ünvanladığımız müraciətlərə mütləq cavab gələrdi. Biz deputatlar aidiyyatı qurumlara, məsul məmurlara yüzlərlə müraciət etmişik. Amma bütün bu müraciətlər cavabsız qalıb, ya da deyilib ki, araşdırılacaq.
Sual oluna bilər ki,biz niyə mallarımızı vaxtında sığortalamamışıq?!Buna cavab olaraq bildirim ki,o zaman hələ sığorta sistemi tam təkmilləşməmişdir.Ən əsası isə "Karvan" Ticarət Mərkəzi o zaman MMC idi və onun nizamnaməsi də bizim ayrılıqda hansısa sığorta şirkəti ilə müstəqil şəkildə müqavilə bağlamağa imkan,yol vermirdi,biz icazəsiz mağazamıza bir mismar belə vura bilməzdik və heç bir sığorta şirkəti ayrıca risk edib dükanımızı sığortalamazdı.
Bildiyimizə görə "Karvan" da sahibkarlar heç indi də sığortalanmayıb. Biz məhkəməyə müraciət etməzdən əvvəl Ağamirzə Əhədovla görüşdük və o söz verdi ki,dəymiş ziyanı hissə-hissə ödəyəcək. Amma sonradan boyun qaçırdılar. Bu necə ola bilər ki,məsul şəxs ,hüquqi şəxs məlum ola-ola bizim qanuni haqqımız,bizə dəyən ziyan niyə ödənilmir?!Biz qanunlara söykənmişik ,dövlətçiliyə arxalanmışıq və fikirləşirik ki,dövlət də bizim arxamızda durmalıdır.  II qrup əlil olan Dilavər Abdullayeva xəstə-xəstə bu yaşında çoxsaylı məhkəmələrə gedərək öz haqqını tələb etməyə məcburdur,çünki "Karvan”da yanğın onu müflis edib ,maddi vəziyyəti ağırlaşıb.Yanan malların pulunu vermək üçün o evini girov qoyub bankdan pul götürmək məcburiyyətində qalıb və indi banka da pulunu 2 aydır verə bilmədiyinə görə bank onun evini əlindən almaq istəyir,ödəniş üçün vaxt qoyub.
"Karvan"ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı.Amma bu puldan bizə heç nə verilmədi. Dəhşətlidir ki,minlərlə şikayət ərizəsi yazılıb ,məsələ göz qabağındadır ,kimin kimə verəcəyi tam aydındır amma öz həllini tapmır... Yaxşı onda biz kimə şikayət edək?!Qarşıdan prezident seçkiləri gəlir,biz indi seçici kimi öz dövlətimizi qoyub başqa dövlətə müraciət edək?! Bizim günahımız nədir ki,biz dükanlarımızı bağlayıb evə getmişik,”Karvan”ın rəhbərliyi mallarımızın təhlükəzsizliyi qoruya bilməyib.Lap tutaq ki,hadisədir baş verib,lakin bizim mallarımızın təhlükəsizliyinə "Karvan”ın rəhbərliyi cavabdeh olduğundan dəyən ziyanı o ödəməlidir.Bəs necə olur ki,bizdən illərlə xeyir götürüb ,ancaq öz öhdəsinə düşən vəzifəni yerinə yetirmək istəmirlər,ziyanımıza yaxın durmurlar... Biz axı sahibkar kimi biznesimizi düzgün qurmadığımza görə yox, ”Karvan”ın rəhbərliyinin günahı üzündən zərərə düşmüşük. 
Bu hələ biz problemimizlə bağlı müraciət etdiyimiz dövlət adamlarının tam siyahısı deyil. Sığortadan əlavə rəhbər şəxs olaraq "Karvan İstehsalat Kommersiya Şirkəti" MMC-nin rəhbəri Ağamirzə Əhədov, onun oğlu Kamil Əhədov bilavasitə yanğın nəzarətinə tam məsuliyyətsiz yanaşıblar,heç bir təhlükəsizlik tədbiri görməyiblər. Sual doğurur nədən qaynaqlanır belə acı nəticə-dəhşətli yanğın?! 1 -cisi heç bir normativə uyğun gəlməyən ticarət mərkəzi tikilib orda.Yəni, ticarət mərkəzində elektirik naqilləri, havalandırma sistemi normal olmayıb, yangınsöndürən balonlar , yanğını söndürmək üçün su xətləri,su anbarı, su şırnağı olmayıb, ticarət mərkəzində yanğınla bağlı heç bir məlumat verilməyib ,təlim keçirilməyib,ticarət mərkəzində normadan artıq kondisioner olduğuna görə işıq naqilləri normativə uyğun olmayıb. Bütün bunların səbəbindən də yanğın ağır fəsadlara gətirib çıxardı. Əgər bütün sadalananlar olsaydı və sahibkarlara deyilsəydi ki, yanğın zamanı nə etmək lazımdır, bu qədər acı nəticə olmazdı,minlərlə insan külli miqdarda ziyana düşməzdi. Yəni bu sahibkarların günahı yox ,məhz "Karvan”ın rəhbərliyinin günahı ucbatından baş verib. Axı bizim kimi sadə vətəndaşların şikayətlərinə bu qədər laqeyd ,etinasız yanaşıb bizi dövlətdən incik salacaq məmurların qanunsuzluq etmələrinə, qanunsuzluqlara göz yummasına imkan vermək olmaz. Hörmətli Qənirə xanım buz sizə neçə dəfə müraciət etmişik və siz də sağolun ki,həmin müraciətlərə reaksiya vermisiz və məsul şəxslərə aidiyyəti üzrə baxılması üçün məktub göndərmisiz.Amma əfsuslar olsun ki,bunların heç bir xeyri olmayıb.Siz belə müraciətdən yenə də göndərsəz,çox güman yenə də heç bir mübət reaksiya olmayacaq.
Hörmətli Qənirə xanım, siz bizim dairənin deputatı olmasaz da öz deputatlarımıza müraciətin heç bir mənası olmadığından sizə müraciət edirik.Bilirik ki,siz Milli Məclisdə ən aktiv və fəal deputatlardansınız,həmişə vətəndaşların problemlərinə bəzi deputalrdan fərqli olaraq həssaslıqla,vicdanla yanaşırsınız,əlinizdən gələn köməyi edirsiniz.Buna görə sizə təşəkkür edirik.Bundan başqa siz Azərbaycanı xaricdə də layiqincə təmsil etmisiz və edirsiniz,Azərbaycanın haqq səsini –Qarabağ problemini dünya ictimaiyyətinə çatdırırsınız,dövlətçiliyimiz naminə yorulmadan çoxsaylı addımlar atırsınız ki,bunu yüksək qiymətləndiririk.Amma istərdik ki, bir Azərbaycan vətəndaşı olaraq bizim də hüquqlarımızı qoruyasız. Biz lazım gəlsə sizinlə görüşə bilərik və lazım olan bütün sənədləri təqdim edə bilərik. Biz sadə adamlarıq ,yanğından sonra bizə külli miqdarda zərər dəydiyindən biz iflas olmuşuq və daha sahibkarlıqla da məşğul deyilik.Hal-hazırda dolanışığımıza çətinliklə təmin edirik. Məgər bizim haqqımız yoxdur ,haqqımızı tələb edilsin və təmin olunsun?! Sizdən xahiş edirik bizim problemin həll olunmasına,daha yüksək səviyyədə qaldırılmasına,qanunun ,ədalətin bərqərar olunmasına köməklik göstərəsiz.





Загрузка...
Загрузка...

Xəbər lenti