Kolanı sakinləri Kəmaləddin Heydərova gələcək təhlükədən xəbər verdi - ''Nə vaxtsa Kür çayı daşsa...'

Kolanı sakinləri Kəmaləddin Heydərova gələcək təhlükədən xəbər verdi - ''Nə vaxtsa Kür çayı daşsa...'
Загрузка...
Otlaq sahələri əllərindən alınan kənd sakinləri prezidentdən kömək istəyir. Hacıqabul rayonu, Kolanı kənd sakinləri Criminal.az saytına prezident İlham Əliyev və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova yazdıqları məktubu göndərib.
Məktubda deyilir: Bizim kəndin otlaq sahələri bir neçə şəxs tərəfindən şəxsi məqsdə üçün zəbt edilib. Hər kəs bilir ki, kənd sakinləri maldarlıqla məşğul olur və mal-qaranın məhv olmaması üçün otlaq sahələri mütləqdir. Kənd sakinləri kəndin səlahiyyətli şəxsləri ilə danışıqlar aparmaq istədikdə, onlar Sabirabad rayon Ekologiya və Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) Sabirabad nümayəndəliyindən rüşvətlə aldıqları saxta sənədləri əsas gətiriblər.
Həmin şəxslər hətta meşə ərazisində ağacları qanunsuz şəkildə məhv edərək yaşıllaşdırma adı altında özüləri üçün əkin sahələri düzəldiblər. Rayon daxilində aidiyyəti qurumlara müraciətlər edilsə də, heç bir reaksiya olmayıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edərək bildiririk ki, Kolanı kənd sakinləri 2010-cu ildə kür çayı daşan zaman uşaqdan böyüyə bir nəfər kimi FHN işçiləri ilə birlikdə çayın qarşısını almaq üçün bəndin tikintisində iştirak edirdi. İndi isə kəndin səlahiyyətli şəxsləri öz havadarlarına arxalanaraq həmin bənd boyu əraziləri zəbt edərək əkin sahələrinə çevirirlər. Bu da bəndlərin dağılmasına səbəb olur. Nə vaxtsa Kür daşarsa bu bəndlərin olmaması kəndləri təhlükə qarşısına qoyacaq. Hüseynqulu Bağırovdan xahiş edirik, bizim sadladığımız problemlərimizin həllinə kömək edəsiniz.
Kolanı kənd bələdiyyəsinin sədri İsmayıl İsmayılov Criminal.az saytına açıqlamasında bildirdi ki, həmin ərazidə torpaqlar kənd sakinlərindən alınmayıb və hazırda onların istafadəsindər. Sədrin sözlərinə görə, həmin torpaqlar meşə fondunun  balansındadır.
''Heç bizin rayonun ərazisi də deyil.Vaxtilə kolxoz orda əkin edib. Hazırda da heç bir dəyişiklik yoxdu. Mən nə pambıq əkirəm, nə də onunla bağlı sərəncam verməmişəm. Dövlət əkir, icra hakimiyyətinə də bununla bağlı məktub ünvanlanıb''-deyə bələdiyyə sədri vurğuladı.
Criminal.az saytı məsələ ilə bağlı ETSN-ni məlumatlandırıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti