Keçmiş ''zek'' mağazanı yarmaq istədi

Keçmiş ''zek'' mağazanı yarmaq istədi
Загрузка...
Bakıda mağazaya oğurluğa girməyə cəhd edən şəxsin istiyi baş tutmayıb. Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları onun cəhdinin qarşısını alıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən Criminal.az saytına verilən əmlumata görə, aprelin 6-a keçən gecə saat 03:15 radələrində Yasamal rayonun 2-ci Alatava küçəsində yerləşən fiziki şəxsə məxsus, texniki vasitələrin köməyi ilə mühafizə olunan "Raul” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) həyəcan siqnalı daxil olub.
Siqnalı yoxlayarkən, obyektə gələn elektik kabelinin kəsildiyini eləcədə giriş qapısına quraşdırılmış jaluzun qıfılını sındırmaqla müdaxilə olunduğunu aşkar edilib.
Marketdən oğurluğa cəhd göstərən şəxs hadisə yerindən qaçmaq istəyərkən Polis əməkdaşları tərəfindən saxlanılaraq sonrakı araşdirmalar aparılmasi üçün ərazi üzrə 29-cu Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Zeynalov Sənan Eldar oğlu olduğu müəyyən edilib. Faktla bağlı Yasamal RPİ-nin 29-cu PB-də araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti