Karlar Cəmiyyətinin sədr müavini məhkəmə qarşısında

Karlar Cəmiyyətinin sədr müavini məhkəmə qarşısında
Загрузка...

Musa Tukanov rüşvət almaqda təqsirləndirilir

"Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili iştirak etməyib. Hakim bildirib ki, vəkil olmadan hazırlıq iclasını keçirə bilməz. Buna görə iclas yanvarın 10-na təxirə salınıb.

Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir.

Musa Tukanov dövlət qeydiyyaı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Son illərdə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

Загрузка...
Загрузка...

Xəbər lenti