Kabel oğruları tutuldu Kabel oğruları tutuldu

Kabel oğruları tutuldu
Загрузка...
Kabel oğruları tutulub. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Criminal.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Sabir Orucov, Taleh Abıyev, Qalib Əlibəyov və əvvəllər məhkum olunmuş Zöhrab Həsənov olduqları məlum olub. Dəstə üzvlərinin cari ilin əvvəlindən ayrı-ayrı vaxtlarda rayon ərazisində tikilməkdə olan 4 evdən ümumilikdə 3430 metr elektrik naqilləri oğurlamaqla ev sahiblərinə 1385 manat maddi ziyan vurduqları, həmin naqilləri yandıraraq əlvan metal qəbulu məntəqəsinə satıb pulu aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti