Jurnalistin qətlinə görə daha bir nazir istefa verdi

Jurnalistin qətlinə görə daha bir nazir istefa verdi
Загрузка...
Slovakiyada fevralın 25-də öldürülən araşdırmaçı jurnalist Yan Kutsiyak və sevgilisi Martina Kuşnirovanın qətlindən sonra daha bir nazir istefa verib. "Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mədəniyyət naziri Marek Madyariçdən sonra daxili işlər naziri Robert Kalinyak da istefa verib.
Cinayətin üstünün açılmasında aciz qalan nazir təzyiqlərə tab gətirə bilməyib və vəzifəsindən ayrılıb.
Qeyd edək ki, 27 yaşlı araşdırmaçı jurnalist daha çox siyasətçilərlə bağlı yazılarına görə tez-tez təzyiqlərə məruz qalırdı.
Загрузка...
Загрузка...

Xəbər lenti