İTV-nin yeni baş direktoru kimdir? - DOSYE

İTV-nin yeni baş direktoru kimdir? - DOSYE
Загрузка...
Bu gün İTV-nin Yayım Şurasının iclasında Cəmil Quliyevin İTV-nin baş direktoru səlahiyyətlərinə xitam verilib, onun yerinə Balakişi Qasımov yeni baş direktor seçilib. Lent.az İTV-nin yeni baş direktorunun dosyesini təqdim edir:
Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes üzrə menecment fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib. 2001-ci ildə isə eyni universitetin İstehsal sistemlərinin idarəedilməsi fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə magistraturasını bitirib. Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub.
İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı "Əlaçı” ("Brainist”), "61!” ("Jeopardy!”), "Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.
2017-ci ildə "Kim? Harda? Nə vaxt?" hərəkatının inkişafına verdiyi töhfələrə görə Vladimir Voroşilov mükafatının laureatı olub. Ailəlidir, 2 övladı var.
Загрузка...
Загрузка...

Xəbər lenti