İsveçdə yaşamış Azərbaycan vətəndaşı sərhəddə tutuldu

İsveçdə yaşamış Azərbaycan vətəndaşı sərhəddə tutuldu
Загрузка...
Finlandiya sərhədçiləri bir vaxtlar saxta sənədlər əsasında Avropa İttifaqında yaşamış və qatarla Rusiya ərazisinə keçmək istəyən Azərbaycan vətəndaşını saxlayıblar. "
Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə mayın 14-də Finlandiyanın Sərhəd Mühafizə Xidməti məlumat yayıb. Bildirilir ki, hadisə mayın 5-də baş verib. Sənədləri yoxlanılan zaman kişi Azərbaycan vətəndaşı pasportu təqdim edib, lakin onun üzərində saxta Latviya pasportu və sürücülük vəsiqəsi də olub.
Müəyyən edilib ki, o, 2015-ci ildə ölkə ərazisinə giriş üçün lazımi sənədləri olmadığına görə, İsveçdən deportasiya edilib.
Bundan sonra o, saxta Latviya səndləri əldə edib və İsveçdə yaşamaq üçün geri qayıdıb. "Finlandiyada araşdırmaların yekununda ona əcnəbilər haqqında qanunu pozduğuna görə, cərimə kəsilib, ardınca isə o, Rusiya ərazisinə çıxarılıb. İsveç hakimiyyəti araşdırmalarını davam etdirir", – deyə Finlandiya idarəsinin məlumtında bildirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti