''İnstagram''da özünü tərifləyən məhşur kosmetoloq: ''Eybi yox, bu dəfə məndən yazsınlar'' ''İnstagram''da özünü tərifləyən məhşur kosmetoloq: ''Eybi yox, bu dəfə məndən yazsınlar''

''İnstagram''da özünü tərifləyən məhşur kosmetoloq: ''Eybi yox, bu dəfə məndən yazsınlar''
Загрузка...
Bu günlərdə ''İnstagram'' profilində özünü tərif etdiyinə görə sosial şəbəkələrdə qınaq və tənqid obyektinə çevrilmiş məhşur kosmetoloq baş verənlərə aydınlıq gətirib. Criminal.az saytına açıqlama verən Elnarə Rzayeva ''İnstagram'' profilində yazılan şərhin necə baş veridyini açıqlayıb. 
Məlumat üçün bildirək ki, Elnarə Rzayevanın ''İnstagram'' profilində özünün özünə tərif yazması ilə bağlı şərh kopyalanaraq sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. İzləyicilər bunu həkimin özünü saxta reklam etməsi kimi dəyərləndirir, gülüş obyektinə çeviriblər. 

E.Rzayeva Criminal.az saytına açıqlamasında bildirdi ki, onun səhifəsinin idarə edilməsini başqa bir xanıma tapşırıb və yazılanlar da diqqətsizlikdən baş verib: ''Mən özüm özümü tərifləyənəm? Mən heç o səhifəni işlədirəm ki? Bir xanım mənim səhifəmi işlədir, bilmədən öz səhifəsi bilib mənim profilimdə yazıb. Bu da ajiotaj yaradıb. Kim nə istəyir düşünsün. Bizim üçün maraqlı deyil axı... Yetərincə pasientim var, onlar da məni tanıyırlar, çox istəyirlər. Bizim mərkəzə daxil olsanız bunu hiss edərsiniz. Siyasətçilər haqda da yazırlar, danışırlar, eybi yox, bu dəfə məndən yazsınlar''. 

E.Rzayeva deyir ki, məhz həmin şərhə görə səhifəsində izləyicilərin sayı kəskin artıb: ''Səhifəmi işlədən xanımın anası ağır xəstədir. Onun bütün dərmanlarını alıram, hətta İrana aparmışam müalicə üçün. Həmin xanım da anasına yaxşılıq etdiyimə görə həmişə öz səhifəsində mənimlə bağlı xoş fikirlərini yazır. Bu dəfə səhifəni dəyişmək yadından çıxıb. Bu mənə gülməli gəlir. Dünəndən bəri səhifəm də 2-3 min artıb. Boş yazılar da artıb. Bu mənə xoş təsir bağışladı''. 



Загрузка...
Загрузка...

Xəbər lenti