''İnsanların müstəqil davranması və vicdanlı qərar verməsinə yaxşı baxmırlar...''

''İnsanların müstəqil davranması və vicdanlı qərar verməsinə yaxşı baxmırlar...''
Загрузка...
''Ağlımda VƏkillər Kollegiyadan uzaqlaşdırılacaq vəkillərin siyahısı vardı. Həmin siyahıda İradə Cavadova yox idi. İradə xanım vəkil Yalçın İmanov kollegiyadan uzaqlaşdırılan zaman həmin qərara qarşı çıxan Rəyasət Heyətinin yeganə üzvü olub. O, Yalçın İmanovun uzaqlaşdırılmasında qəti mövqe tutumuşdu ki, bu qərar siyasi motivlidir''.
Bu sözləri Beynəlxalq hüquq üzrə professor, VƏkillər Kollegiyasının keçmiş üzvü Fərhad Mehdiyev jurnalist Sevinc Osmanqızının canlı yayımdakı müsahibəsində bildirib. O, hesab edir ki, İradə Cavadova ilə bağlı qərar Y.İmanovun kollegiyadan uzaqlaşdırılmasında ortaya qoyduğu mövqedir: ''Həmin mövqeyini orta qoymaqla İradə Cavadova müstəqiliyini qorumuş oldu. Əfsuslar olsun ki, tək kollegiyada deyil, bir çox başqa yerlərdə də, insanların bu cür müstəqil davranması, öz rəylərini bildirməsinə və vicdanlı qərar verməsinə yaxşı baxmırlar. İlk bəhanədə bu cür insanları işlədiyi yerdən uzaqlaşdırma cəhd olunur. Eyni hal İradə Cavadovanın başına gəldi'. 
İradə Cavadova
F.Mehdiyev bildirib ki, İ.Cavadovadan şikayət etmiş müvəkkilinə onun əleyhinə şikayət verməsi üçün təzyiq göstəriblər: ''Bu qədər bəsit məsələyə görə vəkili kollegiyadan çıxardarlarmı? Dünyada mütəşəkkil cinayətlərlə bağlı işlərdə tutulan şəxsin tutulması xəbərin yayılmaması istənilir. Çünki digər dəstə üzvlərinin qarçmasına şərait yaratmasın. İradə Cavadovanın müdafiə etdiyi şəxslə belə bir nüans yoxdur. Tərəfdaş olduğumuz konvensiyalara görə, şəxs tutulubsa, dərhal onun istəyi ilə yaxınlarına xəbər vermək hüququ tanınmalıdır. Ümumiyyətlə insanların yaxınlarına xəbər  vermək hüququ var. Məsələ budur ki, həmin şəxsə təzyiq göstəriblər ki, İradə Cavadovanın əleyhinə şikayət versin. Bu adam tutulduğundan vəkillə müqavilə onun ailə üzvü ilə bağlanır. İradə xanımın bildirdiyinə görə, həmin xanımla müqaviləsi olub. Belə məsələyə görə vəkilə sadə xəbərdarlıq bəs edərdi. İradə xanımla bağlı çox ağır qərar verilib''.  

Vəkillər Kollegiyasının binası 
''Bizdə onsuz da tədbirin qanuni olub-olmamasına baxılmır. Sadəcə smarıc göndərilir ki, sənin hərəkətlərinə görə aldığın cəzan budur. Kollegiyada da yaxşı bilirlər ki belə məsələlərdə məhkəmənin rolu yoxdur. Bilirlər ki, məhkəmə qarşısına gələn qərarı çıxaracaq. Düşünürlər ki, məhkəmənin yerinə özləri qərar verib çıxararlar. İnsanların gözünü qorxutmaqla, başqalarına cəza verməklə çəkindirmək nə dərəcədə effektli yoldur? Açıq desinlər ki, biz müstəqil düşüncəni istəmirik, siyasi məhbusları ümumiyyətlə müdafiə etmək olmaz''-deyə hüquqşunas qeyd edib. 
F.Mehdiyev vəkillər üçün ''Etik davranıç qaydaları haqqında'' Əsasnamənin gətirdiyi qadğalardan da danışıb: ''Həmin əsasnaməni belə vəkillər tənqid etməyə qorxurlar. Həmin əsasnamədə vəkillərə ciddi fəaliyyət qadağaları qoyulub. Məsələn, həmin əsasnaməyə görə vəkil Vəkillər Kollegiyasının qərarlarını mübahisələndirə və tənqid edə bilməz. Cümlə belə yazılıb ki, Vəkillər Kollegiyasının qərarları haqqında cəmiyyətdə çaşqınlıq yaradacaq bəyənatlardan çəkinməlidir. Çaşqınlıq yaratmaq o qədər geniş məvhumdur ki.. Bu o deməkdir ki, kollegiyanın qərarını ümumiyyətlə mübahisələndirmə.  

Vəkillər Kollegiyasının sədri Anar Bağırov 
Eyni qadağa vəkillərə dövlət orqanları və onların vəzifəli şəxslərinin qərarları haqqında əsasnamədə qoyulub. Deyilir ki, vəkil ictimai çıxışlarda, sosial şəbəkələrdə dövlət orqanı və vəzifəli şəxslərə qarşı yalan və iftiradan çəkilməlidir. Bundan başqa deyilir ki, vəkil əsassız bəyənatlardan çəkilməlidir. Əsassız bəyənat hər şey ola bilər. Bu imkan verir ki, hər hansı dövlət orqanı və onun vəzifəli şəxsini tənqid edən vəkili həmin əsasnamə ilə intizam məsuliyyətinə cəlb edərək vəkillər kollegiyasından uzaqlaşdırsınlar. Bu heç də xoşagələn hal deyil, vəkilin ifadə azadlığına ciddi müdaxilədir''. 
Keçmiş kollegiya üzvü hesab edir ki, vəkilin müdafiə təminatını həyata keçirmək üçün səlahiyyələri çox geniş olmalıdır: ''Vəkil müstəntiq və prokuror qədər güclü deyil. Ona öz müvəkkilinin hüquqlarını qoruması üçün müxtəlif imkan və hüquqlar tanınmalıdır. Bu ictimai çıxış və bəyənat da ola bilər. Buna dair Avropa Məhkəməsinin müxtəlif qərarları var. Avropa Məhkəməsi qərarlarında birbaşa deyilir ki, vəkilin ifadə azadlığı kifayət qədər genişdir. Vəkilin məhkəmə salonunda və ondan kənardakı çıxışlarındakı azadlığı, müdafiə etdiyi işlə bağlı verdiyi ifadələrin müxtəlif təsnifstaları var. Bu azadlıqların alınaraq məhdudlaşdırması o deməkdir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin olunmamalıdır. Belə olmaz axı''. 
 Xatırladaq ki, İ.Cavadova mətbuata açıqlamasında bildirib ki, xanım müvəkkili K.M ondan şikayət edərək müqavilə bağlamadığı halda vəkilin onun adından hüquqi addımlar atdığını bildirib. K.M əlavə edib ki, İ.Cavadova onun "bandotdel”də saxlanılması barədə yanlış məlumatlar yayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti