İlqar Məmmədov üçün kritik həftə

İlqar Məmmədov üçün kritik həftə
Загрузка...
REAL sədri ilə bağlı məsələ, nəhayət, çözüləcəkmi...
Həbsdə olan REAL sədri İlqar Məmmədov müəmması bu həftə çözülə bilər. Belə ki, vicdan məhbusu sayılan dustaqla bağlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökumətinə göndərdiyi sorğuya verilməli olan cavabın vaxtı martın 1-də bitir. Rəsmi Bakının Avropa Məhkəməsinin sorğusuna cavab verib-vermədiyi hələ ki məlum deyil. Azərbaycan tərəfinin üç ay vaxt qazanaraq, bu müddət ərzində REAL sədrini ya əfvlə, ya da amnistiya yolu ilə azadlığa buraxa biləcəyi də iddia olunur.
 
 
 
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ölkəmiz üçün neqativ durumun yarandığını düşünür. O hesab edir ki, 11 apreldəki növbədənkənar prezident seçkiləri öncəsi xoşagəlməyən proseslərin baş verməməsi üçün rəsmi Bakı sorğuya cavab verməlidir: "Açığı, Avropa Şurasında bu məsələ ilə bağlı Azərbaycanı ciddi problemlər gözləmir. Çünki fərdi məsələyə görə hər hansı bir şəkildə təzyiq forması düşünülmür. Amma hər halda müəyyən neqativ durum ortaya çıxa bilər. Ona görə də, ümid edirəm ki, martın 1-ə qədər bu cavab veriləcək. Ən azından münasibətlərin pozulmaması baxımdan bu edilməlidir. Bu istiqamətdə artıq hökumət nümayəndələri tərəfindən açıqlamalar da olub. Məhz buna görə düşünürəm ki, normal cavab veriləcək və bu məsələ öz həllini tapacaq. Fazil Mustafa ile ilgili görsel sonucu Çünki bu, Azərbaycan üçün heç də xoş olmayan bir durum yaradır. Ən azı, imic baxımından müəyyən problemlər ortaya qoyur. Amma bunu yüz faiz söyləmək çətindir. Sadəcə, bunu edəcəklərinə ümid edirəm. Azərbaycan tərəfi mümkündür ki, 3 ay vaxt istəmə kimi imkanlarından yararlansın. Amma fikrimcə, bu məsələyə artıq nöqtə qoymaq lazımdır. Prezident seçkiləri ərəfəsidir. Bu ərəfədə Azərbaycana əlavə ittihamların səslənməməsi üçün iqtidar hamıdan çox maraqlı olmalıdır”.

İ.Məmmədovun vəkili Fuad Ağayev isə musavat.com -a bunları deyib: "Müraciətə cavab verilib-verilmədiyini deyə bilmərəm. Burada qayda belədir. Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq, vaxt veriləndən sonra tərəflər öz mövqelərini ifadə edirlər və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edirlər, yaxud da etmirlər. Həmin müraciət də Avropa Məhkəməsi tərəfindən digər iştirakçılara daxil olur . İstənilən halda, hər bir tərəfin martın 1-ə qədər vaxtı var. Bu müddət ərzində müraciət oluna bilər. Bilirsiniz ki, bu cür iş Avropa Məhkəməsi daxilində ilk dəfədir. Demək, hansı müddətdə hökumətin cavab verdiyinin bizə məlum olmasını söyləmək çətindir. Düşünürəm ki, bu tip işin ilk dəfə olduğunu nəzərə alaraq, hər halda martın ilk on günlüyündə məlumat çıxarılacaq. Azərbaycan tərəfinin sorğuya cavab verməyəcəyi təqdirdə nələrin baş verəcəyini proqnozlaşdırmaq istəmirəm. Avropa Məhkəməsi tərəflərə vaxt verib. Kimsə cavab verdi, kimsə vermədi, nələrin olacağını demək çox çətindir”.
 
REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı öz növbəsində Azərbaycan hökumətinin cavab verməyəcəyinə inanmır: "Martın 1-də vaxtın bitməsi o anlama gəlmir ki, Azərbaycan tərəfi cavab verməyib. Bəlkə də cavab verib, amma açığı, buna inanmıram. Çünki Avropa Məhkəməsinə o cavab göndərilsəydi, ən azından xarici vəkil məlumatlı olardı. Bildiyiniz kimi, İlqar Məmmədovun işini xaricdə britaniyalı vəkil aparır. Məhz bu məsələ ilə bağlı həmin vəkil Avropa Məhkəməsində dinləmələr və başqa prosedurlar həyata keçirilsə, onun hüquqlarını müdafiə edəcək. O məlumat tutmuş olsaydı, təbii ki, bizlərin də xəbəri olardı. Hələ ki bizdə belə bir məlumat yoxdur. Bu da onu deməyə əsas verir ki, böyük ehtimalla, hökumət hələ öz mövqeyini bildirməyib. Martın 1-ə qədər çox güman ki, cavab veriləcək. Azərbaycan tərəfi əlavə olaraq, Avropa Məhkəməsindən üç ay vaxt da istəyə bilər. Bildiyiniz kimi, Avropa Parlamentinin Bürosu bir neçə ay bundan əvvəl Avropa Məhkəməsinə bir çağırış etmişdi ki, İlqar Məmmədovun işi ilə bağlı qərarı tezləşdirsinlər. Bu baxımdan vaxtın uzadılması ilə bağlı müraciətin ediləcəyini düşünmürəm. Görünən odur ki, martın 1-nə qədər hökumət İlqarın işi ilə bağlı mövqeyini bildirəcək. Sonra da yaxın üç ay ərzində Avropa Məhkəməsi qərarını verəcək - təbii ki, o vaxta qədər İlqar Məmmədov azadlığa çıxmasa. O ehtimal da var ki, hökumət üç ay vaxt istəsin və qəbul olunacağı gözlənilən amnistiya ilə onu azadlığa buraxsın. Avropa Məhkəməsində hər ölkədən olduğu kimi, Azərbaycandan da ölkəni təmsil edən hakim var. Bunu ona görə deyirəm ki, İlqar Məmmədovla bağlı gözlənilən qərar verilər-verilməz Azərbaycan tərəfin bundan xəbəri olacaq. O qərarı qabaqlayıb, buna uyğun da qərar qəbul edə bilərlər”.
Загрузка...
Загрузка...

Xəbər lenti