“Çıkkı-çıkkı istifadə edəcəkdim” – 2 qardaşın narkotik macəraları + VİDEO

“Çıkkı-çıkkı istifadə edəcəkdim” – 2 qardaşın narkotik macəraları + VİDEO
Загрузка...
 Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakinləri 22 yaşlı Təbriz Rəhmanov və onun qardaşı, 26 yaşlı Pərviz Rəhmanov saxlanılaraq polis şöbəsinə gətirilib. ARB TV xəbər verir ki, Təbriz Rəhmanovun üzərinə baxış keçirilərkən 5,121 qram tiryək, qardaşı Pərvizin yaşadığı evin ikinci mərtəbəsindən isə 805 qram qurudulmuş marixuana aşkar edilərək müsadirə olunub.
İlkin istintaq zamanı hər iki qardaş törətdikləri cinayəti etiraf ediblər.
Pərviz Rəhmanov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkumluq həyatı yaşayıb. Təbriz Rəhmanov (saxlanılan şəxs): "Tərlan var idi, Rzayev. Mənimlə qalırdı. Vermişdi saxlamağa mənə. Mən də heç indiyənəcən qəbul etməmişəm. Bilmirdim nədir. O öləndən sonra çıxartdım, özüm istifadə eləmək istədim. Çıkkı-çıkkı böldüm ki, istifadə edim, tutdular polislər. Pərviz Rəhmanov (saxlanılan şəxs): "Tapmışdım, qoymuşdum evə ki, istifadə edərəm də”.
Faktla bağlı araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti