Загрузка...

İcra başçısı Bakıda rus nağılları qəhrəmanlarının axırına çıxdı - FOTO

İcra başçısı Bakıda rus nağılları qəhrəmanlarının axırına çıxdı - FOTO
Загрузка...
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun göstərişi ilə "Urfa" restoranının qarşısında quraşdırılmış rus xalq nağılları qəhrəmanlarının heykəlləri məhv edilib. Virtualaz.org xəbər verir ki, rayon ərazisindəki "Urfa” restoranının qarşısında qoyulmuş nağıl personajlarının - Küpəgirən qarı, Ölməz Kaşey, habelə müxtəlif dəniz quldurlarının heykəlləri öz avtomobili ilə yaxınlıqdan keçən icra hakimiyyətinin başçısı Razim Məmmədovun qəzəbinə tuş gəlib.
O, beş ildən çoxdur ki, restoranının qarşısında qoyulan və paytaxt sakinlərində xoş təbəssüm yaradan bu heykəllərə nəyə görəsə bərk qəzəblənib və tabeçilyindəki şəxslərə göstəriş verib ki, heykəlləri söksünlər. Görünür, başçının fikrincə, onun "votçinasında” belə heykəllərə yer ola bilməz. Və budur, artıq bu gün səhər Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları restorana gələrək öz başçılarının göstərişini yerinə yetiriblər. Bütün heykəllər - Küpəgirən qarı, Ölməz Kaşey, habelə digər nağıl personajları məhv edilib.






Загрузка...
Загрузка...

Xəbər lenti