Baş prokuror Xanlar Vəliyevə verdiyi səlahiyyətləri geri alır

Baş prokuror Xanlar Vəliyevə verdiyi səlahiyyətləri geri alır
Загрузка...
Hərbi Prokurorluqda kadr məsələləri aranı qarışdırıb
Azərbaycanının Hərbi Prokurorluğunda ara qarışıb. Criminal.az bildirir ki, səbəb isə hərbi prokuror Xanlar Vəliyevin kadrların yerini tez-tez dəyişməsi, özünə yaxın olan, qohumluq əlaqələrinə söykənən kadr yerləşdirməsidir. İllər öncə baş prokuror Zakir Qaralov birbaşa özünün səlahiyyətlərinə aid olan kadr məsələlərinin həllini Xanlar Vəliyevə güzəştə gedib.
Qanunda nəzərdə tutulmasa da, ötən 10 il ərzində Xanlar Vəliyev kimi hara istəsə təyin edib, hansı vəzifədən istəsə kənarlaşdırıb. Amma bir qədər ehtiyatlı davranıb, təyinat və işdən uzaqlaşdırma məsələsində narazılıqların olub-olmamasını nəzərə alırmış. Aylardır ki, vəziyyət pisliyə doğru dəyişib və artıq dözülməz həddə çatıb. İddia olunur ki, elə kadrlar var ki, onu xəstəliyinə görə vəzifədən uzaqlaşdırıblar və bir neçə ay sonra fikirləri dəyişib, yenidən vəzifəyə təyin ediblər.
Gərginliyin əsas səbəblərindən biri kimi son aylarda hərbi prokuror baş prokuror tərəfindən ona güzəştə gedilərək həvalə olunmuş kadr məsələlərinin həllini özünün müavinlərinə ötürüb. Bu Hərbi Prokurorluqda vəziyyətin kəskin olaraq dəyişməsinə, gərginləşməsinə gətirib çıxarıb. Aylardır kadrları əlcək kimi dəyişirlər – kimi hansı vəzifəyə istəyirlər təyin edirlər və ya əksinə, heç bir səbəb olmadan işdən çıxarırlar. 

Kadrın təcrübəli olub-olmaması isə ən sonda nəzərə alınan və ya ümumiyyətlə saya salınmayan bir məsələdir. Vəzifəyə təyinat və ya vəzifədən çıxarılma məsələsində əsas kriteriya kadrın Xanlar Vəliyevin, onun müavinlərinin gözünə xoş görünüb-görünməməsidir.
Qohumluq əlaqələri də əsas məqam hesab olunur. Baş verənlər Hərbi Prokurorluqda çox ciddi narazılıq yaranmasına səbəb olub. Hərbi Prokurorluqda yaranan gərginlikdən Baş Prokurorluqda da artıq məlumatlıdırlar. Baş prokuror Zakir Qaralovun illər öncə Xanlar Vəliyevə həvalə etdiyi kadr məsələləri ilə bağlı səlahiyyətlərini geri alacağı da gözlənilir.
Məsələ ilə bağlı Hərbi Prokurorluqla əlaqə saxladıq. Rauf adlı əməkdaş bizi Firad Əliyevə yönləndirdi. Mətbuat xidmətinin rəhbəri olan Firad Əliyevlə əlaqə saxladıq. O, Criminal.az saytına bildirdi ki, yayılmış bu məlumat cəfəngiyyatdır, "ara" söhbətidir. Hər bir söz fakta əsaslanmalıdır. Hərbi Prokurorluqda əməkdaşlar arasında heç bir narazıçılıq yoxdur, hər şey qanunlara və əmrlərə uyğun həyata keçirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti