Həmkəndlisini bıçaqlayan Quba sakini saxlanılıb

Həmkəndlisini bıçaqlayan Quba sakini saxlanılıb
Загрузка...
Hadisəni törədən Kamran Ağasıyev əvvəllərdə bir neçə dəfə məhkumluq həyatı yaşayıb
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyunun 11-də gecə saatlarında rayonun Zərdabi kəndinin sakini Eldəniz Dadaşov döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə daxilə nüfuz edən xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat olunub.
Bu barədə Rayon Polis Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirlərinə nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kəndin sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Kamran Ağasıyev saxlanılaraq polis şöbəsinə aparılıb. Araşdırma zamanı o, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini bildirib. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti