Həbsdə olan qadın direktorla bağlı YENİ XƏBƏR

Həbsdə olan qadın direktorla bağlı YENİ XƏBƏR
Загрузка...
"Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin Maliyyə Menecmenti Departamentinin direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyev barələrindəki hökmdən narazı qalıblar. Qafqazinfo xəbər verir ki, hər iki şəxs dələduzluqda ittiham edilir.
Bayram Şəfiyev özgənin əmlakını ələ keçirmək məqsədilə, 2011-ci il dekabr ayının ortalarında Gülşən Əliyeva ilə əlbir olaraq, tanışı İbrahim Cəfərovla görüşüb, G. Əliyevanı ona "Beynəlxalq Bank"ın baş mühasibi kimi təqdim edərək, sonuncunu bankda adına açılacaq müddətli əmanət (depozit) hesabına qoyulan puldan əlavə 5 faiz gəlir əldə edəcəyinə inandırıb.
Bu yolla ondan 20 min manat məbləğində pul alaraq, guya bankdakı hesaba qoyacağını deyərək, onu aldadıb. Pulu isə G. Əliyevaya verib. G. Əliyeva daha əvvəl bankın baş mühasibi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəkər Məmmədovanın hökmü ilə G. Əliyeva 9 il, B. Şəfiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti veriblər. İlkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə yanvarın 18-də keçiriləcək.
Загрузка...
Загрузка...

Xəbər lenti