Gənc şair yenə Bəxtiyar Vahabzadəni təhqir etdi: “Özündən sonra 2 mənasız oğul qoyub gedib”

Gənc şair yenə Bəxtiyar Vahabzadəni təhqir etdi: “Özündən sonra 2 mənasız oğul qoyub gedib”
Загрузка...
"Bəxtiyar Vahabzadə özündən sonra iki mənasız oğul qoyub gedib. İkisi də mənim müsahibəmə guya öz aləmlərində cavab veriblər. Ki, niyə o uşaq deyib ki, bizim dədəmizdən min dəfə böyük adamdır?”. PressClub.Az bildirir ki, bu sözləri gənc şair Kəramət Böyükçöl mərhum xalq şairi Bəxtiyar Vahabzadənin övladlarının onun haqqında dediklərinə münasibətdə söyləyib. 

K.Böyükçöl qeyd edib ki, İsfəndiyar və Azər Vahabzadələrin atası haqqında cəmi 100 işarəlik söz deyib: "Bu iki qardaş isə dədələrini cavan bir yazardan qorumaq üçün biri 20 min, o birisi 15 min işarəlik əziyyət çəkiblər. Özləri sübut eləyib ki, bəli, mən Bəxtiyar Vahabzadədən min dəfə böyük adamam! Çünki mən heç vaxt belə məzmunsuz və bayağı oğul böyütmərəm. Əsl şair, yazıçı oğulunu özünə düşmən böyütməlidir. Heç nə demirəm, Bəxtiyarın bir oğlu uzun illər səfir, o biri oğlu isə uzun illər prokuror işləyib. Azərbaycanda səfir və prokuror olmaq nə deməkdir, şərtlər nədir, yaxşı bilirsiniz. Amma bu iki qardaş mənə vicdandan, əxlaqdan, milli-mənəvi dəyərdən dəm vurur. Fikir verin, Bəxtiyar nətər böyük şəxsiyyət olubsa oğlunun biri səfir olub, o birisi prokuror, özü də deputat. Amma bizim bildiyimizə görə böyük şəxsiyyətlərin nəslin kəsirlər, nəinki onun övladlarına vəzifə vermək. İsfəndiyar, Azər, dədəniz bu millətə yox, balalarına gün ağlayıb gedib. Nəysə, ikinizə də daha ətraflı cavab verəcəm”.
Qeyd edək ki, bir müddət öncə Böyükçöl B.Vahabzadə haqqında xoşagəlməz ifadələr səsləndirmişdi, özünü B.Vahabzadədən böyük şair adlandırmışdı. Mərhum xalq şairinin övladları isə müsahibələrində Böyükçölü mənasız, gündəmə gəlmək istəyən bir şəxs saydıqlarını, Kəramətin Bəxtiyar Vahabzadənin dırnağı belə olmadığını deyib lər.
Загрузка...
Загрузка...

Xəbər lenti