Gənc fəalı təcridxanaya dəvət edib, cərimələdilər

Gənc fəalı təcridxanaya dəvət edib, cərimələdilər
Загрузка...
Gənc fəal Dəyanət Babayev 51 manat cərimələnib. Onu polisin qanuni tələbinə əməl etməməkdə günahlandırıblar. Bu haqda Turan-a gənc fəalın özü bildirib. D.Babayevin sözlərinə görə, bu gün, fevralın 24-də mühacirətdəki siyasi fəal Tural Sadıqlının atası və başqa fəallarla birgə Binəqədidəki müvəqqəti saxlama təcridxanasına gedib. Onların məqsədi T.Sadıqlının inzibati qaydada həbs edildiyi bildirilən qardaşından xəbər almaq olub.
"Təcridxanada məni içəri dəvət etdilər. Etiraz etmədim, məni bir otağa saldılar. Kobud rəftar olmadı, sadəcə, 25 dəqiqəyədək gözlətdilər”, deyən gənc fəalın sözlərinə görə, daha sonra tanımadığı iki mülki geyimli şəxs onunla profilaktik məzmunda söhbət edib. "Məndən müxtəlif məsələlər haqda soruşdular. İctimai-siyasi fəallarla, hüquq müdafiəçiləri ilə hansı əlaqələrimin oldugunu soruşurdular. Dövlətçilik əleyhinə çağırışların, təhqirin yolverilməz olduğunu bildirirdilər. Dedilər ki, "belələrinin axırı necə olur, görürsüz”. Siyasi məhbuslar haqda danışdılar. Soruşurdular ki, hüquq müdafiəçilərinə pul necə, hardan gəlir və sair. Bildirdilər ki, indi tutudugum yol doğru yol deyil. Həbs edilən, azadlığa çıxan bəzi fəalları xatırlatdılar, onların xəbər saytlarının, imkanların olmasından bəhs etdilər”, deyən gənc fəalla söhbət 40 dəqiqəyədək davam edib.
Daha sonra onu Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə təhvil veriblər. Bölmədə D.Babayevə məlum olub ki, onu inzibati qaydada məsuliyyətə cəlb ediblər. "Bölmədə inzibati protokol təqdim etdilər. Guya, mən təcridxanaya özbaşına gəlmişəm, polisin qanuni tələbinə əməl etməmişəm, sakitliyi pozmuşam. İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsi ilə (Polisin qanuni tələbinə əməl etməmək) 51 manat cərimə olunmuşam”.
D.Babayev inzibati protokolun əsassız olduğunu, onunla razılaşmadığını bildirib.
Xatırlatma
D.Babayev əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub. O, 2013-cü ildə məhkum edilib. D.Babayev ondan əvvəl – 2011-12-ci illərdə müxalif qüvvələrin etiraz aksiyalarında bir neçə dəfə saxlanılıb və inzibati qaydada həbs edilib. Avropa Məhkəməsi ötən il onun inzibati qaydada həbs edilməsindən verilmiş şikayətlərinə baxıb və həmin həbslərin qanunsuz olması barədə qərar verib. AİHM-in qərarına əsasən, Azərbaycan hökuməti D.Babayevin həbsinə görə, 10 min avrodan artıq cərimələnib.
Загрузка...
Загрузка...

Xəbər lenti