Fəhlələri daşıyan mikroavtobus yanıb: Yaralılar var

Fəhlələri daşıyan mikroavtobus yanıb: Yaralılar var
Загрузка...
Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb. APA xəbər verir ki, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi "RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 








Загрузка...
Загрузка...

Xəbər lenti