Fahişələr və korrupsiya - oğul Netanyahu atasını rüsvay edib

Fahişələr və korrupsiya - oğul Netanyahu atasını rüsvay edib
Загрузка...
 Xəbər verildiyi kimi, İsrail baş naziri Benyamin Netanyahu oğlunun bir dostu ilə apardığı telefon söhbətilə bağlı cəncəllə üzləşib. Xarici mətbuatın yazdığına görə, burada gənc Netanyahu bir gecəlik əyləncə üçün fahişə qadınların xidmətindən yararlanmaq istədiyini söyləyir və bunun üçün həmin şəxsdən kömək göstərməsini xahiş edir.
 
 
Yair Netanyahunun bu "maraqlı” söhbəti yanvarın 9-da İsrailin 2-ci kanalında yayımlanıb. Mətbuat onun danışdığı adamın kim olduğunu da üzə çıxarıb. Bu, israilli iş adamı, milyarder Kobi Maymonun oğlu imiş. Söhbət zamanı oğul Netanyahu "mənim atam sənin atana 20 milyard qazandırıb, indi mənə 400 şekel (İsrailin pul vahidi-red.) oxuyursan...” deyə müraciət edir.
 
 
Qeyd olunur ki, Kobi Maymon "İsramco” enerji şirkətinin əsas səhmdarıdır. Baş nazirin tənqidçiləri Yair Netanyahunun "minnət”ində korrupsiya elementlərinin aşkar olunduğunu bildirirlər. Belə ki, "İsramco” Aralıq dənizində təbii qaz yataqlarının işlənməsinə iddiaçı şirkətlərdən biri hesab olunur. Benyamin Netanyahu isə Kobi Maymonu tanımadığını və uşaqlarının dostluğundan xəbəri olmadığını söyləyib. Maraqlıdır ki, söhbət əslində 3 il bundan qabaq baş verib və onun indiki məqamda, həm də B.Netanyahu üçün sadə keçməyən dövrlərdə üzə çıxarılması ayrıca mövzuya çevrilib.
 
 
Netanyahuya müxalif, sol görüşlərə sahib "Haaretz” qəzeti isə baş verən qalmaqalı "Stripgeyt” (striptiz sözündən-red) adlandırıb və "qızıl oğlan”ın həm özünü, həm də atasını rüsvay etdiyini yazıb. İsrial mətbuatı baş verən rəzalətin bala Netanyahunun siyasi ambisiyalarının da üstündən xətt çəkdiyini qeyd edir. Lakin baş nazirin "Likud” partiyası Yair Netanyahunun adını partiya liderliyinə namizədlər sırasından hələ çıxarmayıb. Belə görünür ki, tipik Şərq liderləri kimi Benyamin Netanyahunun da özündən sonra oğlunu partiyasının sədri postuna gətirmək niyyəti var.
 
 
Baş nazirin oğlunun eyş-işrət həvəsi onsuz da son dövrlərdə korrupsiya qalmaqallarından başı ayılmayan atasının vəziyyətini daha da mürəkkəbləşdirib. Müxalifət və ictimaiyyət çoxdandır onu bu cür əmələrdə ittiham edir və istefaya dəvət edir. Keçən ilin dekabrında İsraildə 20 min adamın iştirakı ilə baş nazirin əleyhinə "Rüsvayçılıq marşı” keçirilib. Nümayişçilər hökumət başçısını cinayət işlərindən yayınmaq üçün immunitet əldə etməsinə imkan verən yeni qanunun qəbuluna etiraz ediblər. Benyamin Netanyahunun adı rüşvət və fırıldaqçılıq cinayətlərinə görə, iki təhqiqatda adı keçir.
 
 Mətbuat bunlara "1000 işi” və "2000 işi” adlarını qoyub. Birinciyə görə, baş nazir varlı biznesmenlərdən qeyri-qanuni olaraq olduqca bahalı hədiyyələr almaqda günahlandırılır. Bu işdə Netanyahu ilə bərabər avstraliyalı milyarder Ceymes Peker və Hollivud prodüseri Arnon Milçan kimi tanınmış iş adamlarının adları çəkilir. "2000 işi” isə daha ciddidir. Təhqiqata görə, Netanyahu "Yediot Ahronot” qəzetinin təsisçisinə qəzetdə onun haqında müsbət fikirlərin yayımlanmasının müqabilində siyasi və iqtisadi dəstək verəcəyi vədini verib. İsrailin özündə dövlət xadimlərinin bu cür ittihamlarla üzləşməsi adi hal kimi qəbul olunur. Məsələn, keçmiş baş nazir Ehud Olmert korrupsiya ittihamı ilə 16 ay həbsdə yatmalı olub. Bundan başqa, keçmiş prezident Moşe Katsavın da "qadın zorlamaq” ittihamı ilə 6 il (2010-2016) həbsxana həyatını yaşadığını xatırlamaq kifayətdir.
Загрузка...
Загрузка...

Xəbər lenti