Evi yanan sakin: Kirayə ev tutmaq belə bizim üçün xəyaldı Evi yanan sakin: Kirayə ev tutmaq belə bizim üçün xəyaldı

Evi yanan sakin: Kirayə ev tutmaq belə bizim üçün xəyaldı
Загрузка...
 "Hələ bugünə qədər yanğının səbəbi bizə məlum deyil”
"3 övladım var, imkansızlıqdan onları məktəbə göndərə bilmirəm, mənə deyirlər, get özünə ev al. Biz səhər durub, günortaya nə yeyəcəyimizi düşünən adamlarıq, evi nə ilə alaq?”
Abşeron rayonu, Saray qəsəbəsi, köhnə hərbi şəhərcikdə məskunlaşan Taleh Abbasovun sözləridir. Deyir, aprelin 13-də yaşadıqları bina yanıb. İndi həmin yarısı yanmış binada yaşayırlar. Heç kim belə bir şəraitdə yaşamaq istəməz "Hisin-pasın içindəyik. İnanın heç kim belə bir şəraitdə yaşamaq istəməz. Hər yerə müraciət etmişik. Abşeron rayon İcra Hakimiyyətinə, prezidentə. Hətta bizə kömək edəcəklərinə söz verənlər də var. Ancaq nəticəsi yoxdur”- Taleh Abbasov gileylənir. 

O, ailəsinin 5 nəfərdən ibarət olduğunu deyir: "Qonşunun ailəsi isə 11 nəfərdən ibarətdir. Üstəlik, yoldaşım hamilədir. 3 uşağımız burada böyüyüb. Görünür, dünyaya göz açacaq körpənin də taleyinə burada doğulmaq yazılıb”.
Vaxtında çıxmasaydıq, yanıb ölə də bilərdik
Taleh Abbasov deyir ki, binada yanğın oldu, aləmi duman, qoxu bürüdü, ancaq nə həmin vaxt, nə də sonra bir nəfər qapılarını döyüb, hallarını soruşmayıb: "Nə bir polis, nə bir nümayəndə gəldi. Heç deyən olmadı, sağsız, yoxsa ölmüsüz? Belə də dərd olar? Bir də gördük ki, yaşadığımız bina od tutub yanır. Vaxtında çıxmasaydıq, yanıb ölə də bilərdik. Hələ bugünə qədər yanğının səbəbi bizə məlum deyil. Bundan sonra kimə müraciət edək, bilmirik”. 

Aylıq gəlirimiz qarnımızı doyurmağa güclə yetir
Yanan binanın digər sakini Asəf Nəzərov isə deyir ki, yaxınlıqda qazıntı işləri başlayıb. Bina, şəhərcik salırlar. Şikayətçi deyir, həmin binalardan yarımotaqlı ev almaq iqtidarında belə deyillər. Bilmir, sabah bina tamamilə yararsız vəziyyətə düşsə, 11 nəfərlik ailəsini hara aparacaq: "Hara köçə bilərik? Bu qədər insanı birotaqlı, kirayə evə çıxara bilmərəm. Məcburam 5 otaqlı ev tutam. Ona da mənim gücüm yetməz. Normal iş-güc də yoxdur. Aylıq gəlirimiz qarnımızı doyurmağa güclə yetir. Nəinki ev almaq, kirayə çıxmaq belə bizim üçün xəyaldır”.
"Bilmirik hara gedək, neyləyək”
T.Abbasov uzun illər hərbi hissədə sürücü olub. Deyir, elə ona görə burada yaşamağa icazə veriblər. 2005-ci ildən buradadır: "Sonradan bu binanı bir sahibkar aldı. Hətta gəlib dedilər ki, buranı boşaldın, ev tikiləcək. Çıxmağımız üçün 3 ay da vaxt verdilər. Ancaq bizim gedəsi yerimiz olmadığı üçün qaldıq, heç yerə çıxa bilmədik. Əslində burada 5 ailə məskunlaşmışdı. Onlardan biri özünə məcburi köçkünlük status aldı. Dövlət onlara ev verib köçürdü. Biri kirayəyə çıxdı, digər ailənin isə evi yandı, köçmək məcburiyyətində qaldı. Yerdə qaldı 2 ailə, yəni 16 nəfər. Bilmirik hara gedək, neyləyək”.
Uşaqları oxuda bilmirik, hamısı qalıb təhsilsiz
Taleh Abbasov deyir ki, nə qonşunun, nə də onun uşaqları məktəbə gedir. Uşaqlar yanğından sonra travma alıblar. Ancaq həkimə də apara bilməyiblər: "Şəxsən mənim uşaqlarımda qorxu yaranıb. Dərs otağında otura bilmirlər. Düzü, bir müddət buna görə məktəbə getmədilər. Sonra isə imkansızlıqdan qaldılar. İşimiz də bağlandı, qaldıq işsiz-gücsüz. Uşaqları oxuda bilmirik, hamısı qalıb təhsilsiz. Bircə böyük oğlum idmanı atmadı, gedib-gəlir. Yaxşı çalışdığı üçün müəllim ondan pul almır. Yoxsa onu da ödəmək gücündə deyilik”. 

Əlacımız, güvəncəmiz, köməyimiz yoxdur
Asəf Nəzərov deyir ki, doğrudur, illərlə sənədsiz, özlərinə aid olmayan bir yerdə yaşayıblar. İndi də həmin yer yanıb, yaşanmaz duruma düşüb: "Deyəcəklər ki, haqları yoxdur nəsə tələb etməyə. Ancaq başqa çarə də yoxdur. Biz neyləyək, hara, kimə sığınaq? Camaat xarici ölkələrdən sığınacaq istəyir, onları öz vətəndaşları olmasalar belə qalacaq yerlə təmin edirlər, küçəyə atmırlar. Biz isə öz doğma dövlətimizdən kömək istəyirik. Nolar, bizə bir dam versinlər. Yoxsa, ailə, uşaqla qalacağıq küçələrdə. Heç olmasa, gələn qışadək bizə yardım etsinlər. Başqa əlacımız, güvəncəmiz, köməyimiz yoxdur”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi bildirib ki, həmin insanlar quruma müraciət ediblərsə, hər halda bir köməklik ediləcək: "Sadəcə müəyyənləşdirmək lazımdır ki, həmin müraciət hansı şöbəyə edilib, işin icraçısı kimdir. Biz bilmirik sakinlər konkret nə köməyi istəyirlər. Hər halda icra hakimiyyətinin əlindən gələn bir işdirsə, həll ediləcək”.
Загрузка...
Загрузка...

Xəbər lenti