Ə.Muxtarlının buraxılmasından ötrü Penitensiar Xidmətə müraciət olundu

Ə.Muxtarlının buraxılmasından ötrü Penitensiar Xidmətə müraciət olundu
Загрузка...

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxın qohumlarının yas mərasimində iştirakından ötrü Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova və Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədova müraciət edilib.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat yayıb. Vəkilin bildirməsinə görə, məktub dekabrın 31-də günün ikinci yarısı Penitensiar Xidmətin inzibati binasında olan qutuya atılıb.

«Məktubda humanistlik göstərilməsini və Ə.Muxtarlının yaxın qohumlarının yasında və dəfnində iştirak edə bilməsi üçün Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə 3-günlük icazə verilməsini xahiş etdim. Bildirdilər ki, sabah növbətçi baxıb rəhbərliyə məruzə edəcək», - vəkil vurğulayıb.

Jurnalistlərdən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, MeydanTV-nin rəhbəri Emin Mili və bir sıra siyasətçilər bundan əvvəl həbsdən yaxınlarının dəfnində iştirak etməkdən ötrü müvəqqəti buraxılıblar.

Əfqan Muxtarlının ailəsində faciə baş verib

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısı və başqa doğmalarının dəfnində iştirak etməkdən ötrü müvəqqəti həbsdən buraxılmasını istəyir.

Bu barədə jurnalist Mustafa Hacıbəyli məlumat yayıb.

Mustafa Hacıbəylinin bildirməsinə görə, Əfqan Muxtarlı həbsdən zəng vurub:

“Çox üzülüb. Dedi ki, "vəkillərim Penitensiar Xidmətə muraciət etsinlər, dəfnə gelib çatım" 

Dekabrın 31-də Əfqan Muxtarlının bacısının, bacısı uşağının və qardaşı uşağının mənzildə meyitlərinin tapıldığı haqda məlumat yayılıb. 

Hüquq mühafisə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib

Hadisənin Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verdiyi açıqlanıb.

APA-nın xəbərinə görə, həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Nuranə Sabir qızı Muxtarlının, onun bir azyaşlı övladının və qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Xəbərdə qeyd edilir ki, hadisə baş verən zaman mənzildə Nuranə Muxtarlının daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıblar. Meyitlər tibbi müayinə olunmaq üçün Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı bu ilmayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.Sonra həbs müddəti artırılıb. Hazırda onun Balakən rayonundaməhkəməsi gedir.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Загрузка...
Загрузка...

Xəbər lenti