Eldar Mahmudovun həbs etdiyi məhşur generalın oğlu müşavir təyin olundu

Eldar Mahmudovun həbs etdiyi məhşur generalın oğlu müşavir təyin olundu
Загрузка...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib. Report-un verdiyi xəbərə görə, yeni müşavirlər Əliyev Anar Rəhim oğlu və Nəsirli Vüsal Zakir oğludur.
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası da Anar Əliyevə tapşırılıb. Bununla da əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb.

Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasən işdən çıxarılıb.
Criminal.az bildirir ki, yeni müşavir Vüsal Nəsirli Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğludur. Z.Nəsirov 2017-ci ilin aprelində azadlığa buraxılıb. General Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad olunub. Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general 2005-ci il iyulun 8-dən həbsdə idi. O, Hacı Məmmədovun dəstəsinə rəhbərlik etməkdə suçlanaraq, həbs olunmuşdu. 

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Zakir Nəsirov martda Prezidentin sərəncamı ilə əfv olundu - onun ömürlük cəzası 15 illə əvəz edildi. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, əfv sərəncamından dərhal sonra Zakir Nəsirov 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Onun 15 illik cəzanın dörddə üçünü çəkdiyini əsas gətirərək, vaxtından əvvəl həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Məhkəmə də müraciəti təmin edib, Nəsirov 11 il 9 aylıq həbsdən sonra şərti azadlığa buraxılıb.
Zakir Nəsirov ittihamları qəbul etmir, günahsız olduğunu bildirir. General hələ məhkəmədə çıxışında da bildirirdi ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almaq üçün onu həbs etdirib. Lakin tələb olunan ifadəni vermədiyinə görə əvvəlcədən də xəbərdarlıq edildiyi kimi, ömürlük həbslə cəzalandırılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti