Ehtiyatsızlıq az qala həyatına son qoyacaqdı

Ehtiyatsızlıq az qala həyatına son qoyacaqdı
Загрузка...
 Xəsarət alanı müalicə etmək üçün Bakıdan həkim çağırılıb Astarada bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.
Belə ki, arı pətəkləri yüklənmiş yük avtomobili ilə gedərkən 1999-cu il təvəllüdlü Siyaku kənd sakini Elton Şabanov ehtiyatsızlıqdan avtomobilin yük yerindən yıxılıb. Nəticədə E.Şabanov açıq kəllə-beyin travması alıb. Xəsarət alan dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Elton Şabanovun vəziyyətinin kritik olduğundan müalicə olunması üçün Bakıdan həkim çağırılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti