Dostunu öldürməkdə ittiham edilən şəxsə ağır cəza verildi

Dostunu öldürməkdə ittiham edilən şəxsə ağır cəza verildi
Загрузка...
Qətl törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Yeyib-içmək dostları düşmən olub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Rəcəb Məmmədovun vəkili müdafiə çıxışı edib. Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs qətl hadisəsini törətməyib. Buna görə də onun barəsində bəraət hökmü çıxarılmalıdır: "Müdafiə etdiyim şəxs istintaq zamanı qətli etiraf edən ifadə verib. Səbəb isə belə olub ki, Rəcəbi aldadıblar ki, əgər cinayəti etiraf etsə, azad buraxılacaq. O da buna aldanıb. Amma barəsində həns qətimkan tədbiri seçilən zaman aldadıldığını bilib". Rəcəb Məmmədovda məhkəmədə son söz deyib. O, heç vaxt cinayət əməli törətmədiyini və qeyd edilən hadisədə də əlinin olmadığını söyləyib: "Mən nə qədər içmişəm ki, bu əməli törətmişəm? Belə vəziyyətdə olmamışam. Qətl törətməmişəm".
Məhkəmədə müşavirədən sonra hökm oxunub. Hökmə əsasən R.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Ötən prosesdə prokuror Rəcəb Məmmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Bildirək ki, Rəcəb Məmmədov istintaqda ifadə verərkən qətli törətdiyibi etiraf edib. Amma R.Məmmədov məhkəmədə fərqli ifadə verib. Deyib ki, istintaqda ifadə verən zaman yaddaşı yerində olmayıb. O, mərhumu yumruqla vurduğunu etiraf etsə də cinayəti törətmədiyini bildirib. Cinayət işində daha bir nəfərin adı keçir. Qətli törətməkdə şübhəli bilinən Aleksandr Karuxin adlı şəxs təqsirləndirilən Rəcəb Məmmədovun qonşusu olub.
R.Məmmədov söyləyib ki, hadisə zamanı Aleksandr onun evində olub. Onun sözlərinə görə elə qətli törədən şəxs də Aleksandırdır. Təqsirləndirilən şəxs söyləyib ki, mərhum Fərhad Mehdiyevlə yaxın münasibəti, tanışlığı olmayıb. Həmin gün Fərhadı və Aleksandırı evinə içki içmək üçün dəvət edib. Məhkəmədə əsas şahid, adı şübhəli şəxs kimi çəkilən Aleksandr Karuxin ifadə verib.
O, söyləyib ki, hadisə günü Rəcəb və Fərhadla içki içiblər: "Parkda içki içdik. Rəcəb turşu, xiyar da almışdı. İçəndən sonra ayrıldıq. Mən evə getdim. O da öz evinə getdi. Sonra olanlardan xəbərim yoxdur". O, qətl hadisəsi törətmədiyini bildirib. Qətl hadisəsi ötən il iyun ayının 24-də Suraxanı qəsəbəsində baş verib. R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib. Onların hər ikisi sərxç olub. R.Məmmədov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Загрузка...
Загрузка...

Xəbər lenti