''Deyirlər ki, Azər-Türk Banka bata bilməzsən, Mehriban Əliyevanın şəxsi bankıdır'' ''Deyirlər ki, Azər-Türk Banka bata bilməzsən, Mehriban Əliyevanın şəxsi bankıdır'' ''Deyirlər ki, Azər-Türk Banka bata bilməzsən, Mehriban Əliyevanın şəxsi bankıdır''

''Deyirlər ki, Azər-Türk Banka bata bilməzsən, Mehriban Əliyevanın şəxsi bankıdır''
Загрузка...
''Deyirlər ki, Azər-Türk Banka bata bilməzsən, Mehriban Əliyevanın şəxsi bankıdır. Bizə deyilib bu mənzil alınmalıdır, alınacaq. Konkret ad çəkirlər və deyirlər hara istəyirsən şikayət et''. Bu fikirləri Criminal.az saytına Günel Əzizzadə deyib. Bildirib ki, atası "Azər-Türk Bank”ın və məhkəmə icraçılarının hədə və təzyiqlərindən ağır vəziyyətdə xəstəxanaya yerləşirilib. 
G.Əzizzadə deyir ki, atası Arif Əzizzadə 2008-ci ildə "Azər-Türk Bank”dan 50 min manat kredit götürüb. ''2012-ci ilədək borcun 40860 manatını ödəyib:
''2014-2015-ci illər ərzində isə 16450 manat ödəyib, halbuki bunu bank heç bir yerdə göstərmir. Amma həmin ödənişin qəbzləri bizdə var. Ümumilikdə 57310 manat ödəmişik. 50 min manat kredit götürüb, 60 min manat qaytarmalı idik. 2700 manata yaxın borc qalıb. Bu borcu bank hansısa yolla şişirdib 22 min manata çatdırıblar. Bu borca görə də evimizi hərraca çıxarıblar. Bankın və Binəqədi rayon Məhkəmə icraçıları atama zəng edərək evi tərk etməyi tələb edir. İk gün əvvəl atam qalıq məbləğin hissələrə böldürüb ödəniş etmək üçün banka danışığa gedib. Onlar da etiraz ediblər ki, evini satırıq, özünə gün ağla. Dünən isə atamı yüksək təzyiqlə 5 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişik. İnfakt və ürəyin ön səthinin işemiyası diaqnozu qoyulub''. 

Günel Əzizzadə 
G.Əzizzadənin sözlərinə görə, bank onları ağır duruma salıb: ''Atam bu vəziyətə düşməmişdən qabaq deyirdi ki, icraçılar gəlsə hamını evdə özümlə birlikdə yandıracam. Bu sözü evimizdə azyaşlı uşaq o qədər eşitdi ki psixoloji pozğunluq keçirib. Ailəmiz pis vəziyət düşüb, bank isə əl çəkmir. Bank qeyri-qanuni iş görüb. Girov kimi Arif Əzizzadənin evin qoyub, amma pulu başqa bir adama, Çingiz Əliyevə verib. Məqsədləri odur ki, bizi oturduğumuz evimizdən didərgin salsınlar. Qızın okologiyada qeydiyatdadır, hər dəfə məhkəmə icraçılarını görəndə bilirsiz hansı hala düşür?''. 

A.Əzizzadə isə Criminal.az saytına göndərdiyi videomüraciətdə deyir ki, "Azər-Türk Bank” onu xəstəxanalıq edib: ''Bankın faizindən cəmi 2 min əskikdi. İndi də evimi satmaq istəyirlər. Bu mənzili mənə nə Heydər Əliyev verib, nə də İlham Əliyev. Sovet dövründə özüm almışam''. 

"Azər-Türk Bank”ın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev Criminal.az saytına açıqlamasında bildirdi ki, 2008-ci ildən kredit görtürüb. Onun sözlərinə görə, bank həmin şəxsi məhkəmə verib, 2011 və 2013-cü illərdə qətnamə çıxarılıb: ''İş icraya yönləndirilib. İş məhkəməyə gedəndə isə faizlər dayandırılır. Bank müştərinin iddia etdiyi kimi məbləğ şişirdə bilməz. Bu şişitmə prosesini göstərmək lazımdır. Müştəri ilə bank arasında müqavilə bağlanıb, ona qrafik verilir ki, ödənişin etsin. Burda istəsə də bank şişirtmə edə bilməz. Ödəmə qrafiki müştərinin əlində olur, bir neçə ay ödəmədikdə isə faizlər cəmlənir''.
Criminal.az xatırladır ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Загрузка...
Загрузка...

Xəbər lenti