“Deyilənə görə, 1-ci xəbər “Bizim mentalitet” adlı səhifədə yayılıb. Qoy günahkar öz cəzasını alsın” - Hüseynbala Mirələmov qəza xəbərindən danışdı

“Deyilənə görə, 1-ci xəbər “Bizim mentalitet” adlı səhifədə yayılıb. Qoy günahkar öz cəzasını alsın” - Hüseynbala Mirələmov qəza xəbərindən danışdı
Загрузка...
 Ötən gün Xətai rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfəri öldürərək hadisə yerindən qaçan sürücünün YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun övladının olması barədə sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında xəbər yayılıb. Bu barədə deputat "Ölkə.Az”a açıqlama verərək bildirib ki, "mənim 3 oğlum var və heç biri avtomobil idarə etmir. Oğlanlarımın 2-si polis, 1-i isə diplomatdır- Fuad Mirələmov Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində müstəntiq, Fərid Mirələmov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin rəis müavini, Rauf Mirələmov isə Xarici İşlər nazirliyində diplomatdır, 1-ci katibdir. Belə də, heç bir insan hadisədən sığortalanmayıb, əgər mənim oğlum belə bir hadisə törətsə, heç bir zaman yaralını yolda qoyub qaçmaz, dərhal onu xəstəxanaya çatdırar, onlar elə tərbiyə almayıblar”.
"Yayılan xəbərlə bağlı hüquqi cəhətdən hər hansı addım atacaqsınız”- sualını H.Mirələmov belə cavablandırıb: "100 faiz, artıq vəkillə danışmışıq, sənədləri hazırlayıb Xətai rayon məhkəməsinə müraciət edəcəyik. Deyilənə görə, 1-ci xəbər "Bizim mentalitet” adlı səhifədə yayılıb. Qoy günahkar öz cəzasını alsın. Bu tip xəbərlərin yayılması seçki öncəsi mənə qarşı aparılan təxribatdır”.
Xatırladaq ki, ötən gün axşam radələrində Xətai rayonu ərazisində həqiqətən 4 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib, ancaq ölüm faktı qeydə alınmayıb. Belə ki, "Bakı” kinoteatrı, Sarayevo küçəsi 32-nin qarşısında 4 avtomaşının bi-birinə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Opel” markalı avtomobil idarəetməni itirərək "Mercedes” markalı avtomobilə dəyib, həmin avtomobil isə hərəkətdə olan digər "Mercedes” markalı avtomobillə toqquşub. Bu zaman sonuncu "Mercedes” piyada, 2002-ci il təvəllüdlü Xanışova Fatma Rauf qızını vurub.
Qeyd edək ki, "Opel” markalı avtomobil "Mercedes”lə toqquşduqdan sonra "Land Rover” markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan 16 yaşlı qız yaxınlıqda yerləşən özəl klinikalardan birinə yerləşdirilib, vəziyyəti normaldır. Avtomobil sürücülərindən isə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Hadisə yerinə Xətai RPİ-nin əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Faktla bağlı İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.1-ci ( nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Sürücülərin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti