Deputatlığa namizəd olan şəxs dələduzluqda ittiham olunur

Deputatlığa namizəd olan şəxs dələduzluqda ittiham olunur
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində küllü miqdarda dələduzluqda təqsirli bilinən Ağaevli Əli Hacı oğlu və Kərimov Fuad Saday oğlunun məhkəmə prosesi başlayır. "Ölkə.Az”ın xəbərinə görə, may ayının 10-da hakim Samir Əliyevin sədrliyi ilə təqsirləndirilən 2 şəxsin məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. Cinayət işində zərərçəkən qismində Mehdiyev Qabil Tücarət oğlu tanınıb.
Qeyd edək ki, təqsirləndirilənlərdən Ağaevli Əli Hacı oğlu həm prezidentliyə, həm də deputatlığa namizəd olub. Belə ki, Milli Azadlıq Hərəkatının fəallarından, Dünya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan fəal diasporçu Ağaevli Əli Hacı oğlu 2015-ci ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub. 2007- ildən Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2008-ci ildə "Yeni İslahatçılar" Təşəbbüs Qrupundan Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürüb. Əli Hacı Ağaevli Azərbaycan Ədəbiyyatı və İctimayetində sufi şair kimi tanınır.
"Ruhumuzun nəğmələri"(1996),"Ruhumuz çəkər göyə" (1997 Ankara,Türkiyə), "Qoyun qisas alan gəlsin"(1998), "Buda mənəm ilahi !"(2005), Dünyadan qadın iysi gəlir (2007 Təbriz) şerlər kitabının, "Avesta və müasir dünya adlı elmi-fəlsəfi " əsərin müəllifidir. 2008-ci ildə Mehriban Əliyevanın başcılığı ilə yaradılmış "Avrasiya Araşdlırmalar Mərkəzi”nin rəy sorğularına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə görə ilin adamı elan olunub, 2010-cu ildə Əli Hacı Ağaevli Milli Mətbuatımızın 135 illiyinə həsr olunmuş tədbirdə Fəxri Diplom ilə təltif olunub, 2012 ci ildə yenidən "Avrasiya Araşdlrmalar Mərkəzi”nin Respublikasının ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə görə "QIZIL KÜRƏ” milli mükafatına,Türkiyə Respublikasının Avrasiya qəzetçilər dərnəyinin Türkiyə-Azərbaycan iki dost ölkə arasında diaspora və informasiya əlaqələrində göstərdiyi xidmətlərə görə fəxri diploma, Türkiyə və Azərbaycana qarşı erməni lobbisinə qarşı onların yalanlarını ifşa etməkdə və dünya ictimaiətinə çatdırmaqda maddi-mənəvi həmdə misilsiz xidmətlərinə görə Turkiyyə Cumhuriyyəti dövlətinin qizil ödülünə layiq görülüb.
Загрузка...
Загрузка...

Xəbər lenti