Загрузка...

Deputatın oğlu birləşdirilmiş İpoteka və Kredit Zəmanət Fondunun rəhbəri oldu

Deputatın oğlu birləşdirilmiş İpoteka və Kredit Zəmanət Fondunun rəhbəri oldu
Загрузка...

Prezident qərarını dəyişdi 

Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında” prezidentin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sərəncama əsasən “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında” prezidentin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanın 3.5-ci bənddə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəzlənib. 

İpoteka və Kredit Zəmanət Fondunun yaradılması ilə bağlı prezidentin fərmanında  deyilir ki, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını, bu sahədə dövlət-sahibkar münasibətlərinin, habelə ipoteka kreditləşməsi vasitəsilə əhalinin yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir. 

“Bu baxımdan “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, bu sahədə sistemliliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Nazirlər Kabineti prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməlidir.

Prezidentin sərəncamı ilə deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib. 

Fəxri Kazımov buna qədər İpoteka Fondunun rəhbəri vəzifəsini tuturdu. 

Maraqlıdır ki, noyabrın 29-da prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu”nun yaradılması ilə əlaqədar fərman imzalamışdı.

Lakin, bu gün verilən fərman prezidentin qərarının dəyişdiyini, İpoteka Fondu ilə yaradılmaqda olan Kredit Zəmanət Fondunun birləşdirmək barədə qərara gəldiyini nümayiş etdirir. 

Samir

Samir Əliyev. 

İqtisadçı Samir Əliyev hesab edir ki, İpoteka Fondu ilə Kredit Zəmanəti Fondunun birləşdirilməsi uğurlu addım deyil. 

“Biri sosialyönümlü, digəri biznesi stimullaşdıran institut idi. İpoteka Fondu Zəmanət Fondunun fəaliyyətində tormozlayıcı rol oynayacaq”.  

Загрузка...
Загрузка...

Xəbər lenti