Daha bir AXCP fəalı saxlanıldı

Daha bir AXCP fəalı saxlanıldı
Загрузка...
 "Mayın 9-da günorta saatlarından AXCP fəalı Seyid Mirfeyzullanı ailəsi və partiya fəalları axtarır. Onun barəsində yalnız mayın 10-da səhər saatlarında xəbər ala bilmişik. Seyid Mirfeyzulla Bakının Nərimanov rayon Polis İdarəsinin saxlanma yerindədır. Oradan ailəsinə zəng edərək dərmanlarını gətirmələrini xahiş ediblər”. Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.
• Cəbhəçi gənc haqqında həbs qərarı verildi
AXCP fəalın saxlanılmasının səbəbləri barədə məlumata malik deyil. "Seyid Mirfeyzulla dializ xəstəsidir və bundan əvvəl də bir necə dəfə hədələnib, bir dəfə "Bandotdel"ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) aparılaraq bir gecə orada saxlanılıb. Orada ona demişdilər ki, bir daha buralara yolun düşsə, belə asanlıqla canını qurtara bilməyəcəksən”, AXCP-nin məlumatında deyilir.
Rəsmi qurumlar fəalın saxlanılmasının səbəbi barədə hələ məlumat yaymayıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti