“Burnumu qırıb padvala salıb dedi ki...” – 1 kiloqram qızılı aparılan qadın + VİDEO

“Burnumu qırıb padvala salıb dedi ki...” – 1 kiloqram qızılı aparılan qadın + VİDEO
Загрузка...
Gədəbəy şəhərində yaşayan 59 yaşlı Rahilə İbrahimova evinə gələrkən xoşagəlməz sürprizlə qarşılaşıb. ARB TV xəbər verir ki, əvvəldən tanıdığı şəxs evinə gizlin girərək onun gəlməsini gözləyib. İbrahimova qapıdan keçən an boynundan yapışaraq ona hədə-qorxu gəlib.
 
 
Rahilə İbrahimova – Zərərçəkən: "Dedim ki, istəyirsən malımı apar, məni burax yazığam. Xəstə uşağım var içəridə. Dedi ki, səni bəlkə içərdəki uşağa görə bağışladım. Yıxdı məni vurdu, burnumu qırdı. Sonra da əlimdəki qızılları aldı. Məni də padvala salıb dedi ki, kompot gətir. Dedi ki, 5 dəqiqə çıxsan ordan səni vuracam. Əlində bıçaq var idi”.
Yaralı halda evinə girən qadın mənzilinin alt-üst olduğunu görüb və qonşuları köməyə çağırıb.
 
 
Rahilə İbrahimova – Zərərçəkən: "Yuxarı çıxanda gördüm ki, bütün evi dağıdıb. Birtəhər qonşuya getdim. Polis gəldi sonra. 1 kilodan artıq qızılımı apardı”. Rahilə İbrahimovanın sözlərinə görə, həmin şəxsi müştərisi olan başqa bir adam vasitəsilə tanıyıb. Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
 
 
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti