Загрузка...

Bu ildən hansı qaydalar dəyişir, nələr qadağan olunur, hansı cərimələr artır?

Bu ildən hansı qaydalar dəyişir, nələr qadağan olunur, hansı cərimələr artır?
Загрузка...
Milli Məclis ötən ilin sonu bəzi qanunlara dəyişiklik və ya əlavələr edib Bu ilin yanvarından bəzi qadağalar işə düşüb, bir sıra qaydalar dəyişib, bəzi cərimələr yenilənib. Rüsumu artan mallar da var, rüsumdan azad edilən və ya gömrük ödənişi azaldılan da. BBC Azərbaycanca yanvarın 1-dən qüvvəyə minən dəyişilikləri yada salır:

Yaşayış minimumu və ehtiyac meyarı

Bu ildən yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib. Ehtiyac meyarının həddi isə 130 manat məbləğində təsdiq edilib.
Siqaretdən istifadənin qadağan olunduğu yerlərin əhatəsi genişləndirilib Siqaret qadağası Artıq siqaret çəkənlər hər istədikləri yerdə siqaret çəkə bilməyəcəklər. Çünki müvafiq qanuna edilən dəyişiklərdən sonra siqaret çəkilməsi qadağan edilən yerlərin sayı artırılıb.

Elmi dərəcə və maaş artımı
 
Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə görə əlavə məbləğ ödəniləcək. Məbləğ işlədiyi qurumdan asılı olaraq, artıb-azala bilər. Beləliklə, elmlər doktoru 50-100, fəlsəfə doktoru 30-60 manat əlavə pul alacaq.
 
 İşsizlikdən Sığorta Haqqında Fond işə düşür
 
İşsizlikdən Sığorta Haqqında Fond öz işinə başlayır. Bu ildən işəgötürənlər hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında fonda pul ödəyəcəklər. Bu o deməkdir ki, iş yerini itirəndə işsizlik müavinəti artıq bu fonddan ödəniləcək.
 
 İctimai nümayəndəlik
 
Artıq Vəkillər Kollegiyasından lisenziyası olmayan hüquqşünaslar yaxın qohumu olmayan şəxsləri məhkəmədə ictimai nümayəndə kimi müdafiə edə bilməyəcəklər. Çünki Milli Məclis ötən ilin sonunda müvafiq qanuna dəyişiklik edib. Qaydalar dekabrın 1-dən qüvvəyə minsə də, ictimai nümayəndələrə ilin sonuna qədər apardıqları məhkəmə prosesini bitirməyə vaxt vermişdilər.
 
Qida Təhlükəsizliyi Agentliyi yaradılır
 
Azərbaycanda yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi bu aydan fəaliyyətə başlayır. Baş nazirin müavini Əli Əhmədov deyib ki, bir neçə qurumun bu istiqamətdə fəaliyyəti bir mərkəzdə cəmləşəcək. Ancaq o, məhz hansı qurumların bu mərkəzdə birləşəcəyini açıqlamayıb.
Sadəcə bildirib ki, agentlik əhalinin sağlamlığının qorunması baxımından vacib əhəmiyyət daşıyır. Qızılgül və qərənfilin 1 kiloqramından ötrü 1 dollar gömrük idxal rüsumu alınacağı bildirilir.
 
Fotonun müəllifiGETTY IMAGES Image caption
Qızılgül və qərənfilin 1 kiloqramından ötrü 1 dollar gömrük idxal rüsumu alınacağı bildirilir.
 
Artan-azalan, ləğv edilən gömrük rüsumları
 
Bəzi idxal mallarında (körpə qidalarının, kərə yağının) rüsum dərəcəsi endirilir, avtomobil, spirtli içkilərdə rüsum dərəcəsi artırılır. Qızılgül və qərənfilin 1 kiloqramından ötrü 1 dollar gömrük idxal rüsumu alınacağı bildirilir.

Cərimələr
 
Parklanma qaydalarının pozulmasına görə 10-20 manat cərimə tətbiq ediləcək. Əkin sahələrinin yandırılmasına görə cəzalar müəyyənləşib: Əkin yerini qəsdən yandırdıqda fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər. pasport Image caption Azərbaycanda şəxsiyyət vəsiqəsini, pasportunu itirənlər və ya qəsdən korlayanlar artıq cərimələnməyəcək
 
Pasport və ya şəxsiyyət vəsiqəsini itirənlər üçün yeni rüsum
 
Azərbaycanda şəxsiyyət vəsiqəsini, pasportunu itirənlər və ya qəsdən korlayanlar cərimələnməyəcək, amma əvəzində onlar yeni sənəd almaq üçün daha artıq rüsum haqqı ödəyəcəklər. Rüsum haqqı əvvəlki ilə müqayisədə 10 manat artırılır. Din xadimləri maaş alacaq Bu ildən məscidlərdə çalışan din xadimləri rəsmi maaş alacaqlar. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlama verib. Dindarların maaşı Mənəvi Dəyərlərin Təbliği Fondundan ödəniləcək. Hazırda Fondun strukturlaşması gedir.
Загрузка...
Загрузка...

Xəbər lenti