Bu il sərhəddə axtarışda olan 1344 nəfər tutulub - FOTO

Bu il sərhəddə axtarışda olan 1344 nəfər tutulub - FOTO
Загрузка...
 Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin birinci üç ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub. DSX-nin Mətbuat Mərkəzindən Criminal.az-a verilən məlumata görə, İnterpolun axtarışında olan, həmçinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək tutulub.
Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılıb, onlardan 29 nəfəri Azərbaycan vətəndaşıdır. 47 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan ərazisinə gəlmə və ölkə ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınıb, gəlişinin məqsədini izah edə bilməyən 101 əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxılmayıb.
Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 29 əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, üç nəfər Tacikistan vətəndaşı, iki nəfər İran vətəndaşı, iki nəfər Qırğızıstan vətəndaşı, iki nəfər Qana vətəndaşı, bir nəfər Konqo vətəndaşı, bir nəfər İordaniya vətəndaşı, bir nəfər Rusiya vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edilib. Azərbaycan ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əcnəbi, o cümlədən səkkiz nəfər Şri-Lanka, üç nəfər Pakistan, iki nəfər İran, iki nəfər İraq, iki nəfər Hindistan, bir nəfər Konqo vətəndaşı saxlanılıb.
Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədiklərinə görə 27 nəfər Özbəkistan vətən­da­şı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hindistan vətəndaşı, səkkiz nəfər Şri-Lanka vətəndaşı, beş nəfər Qırğızıstan vətəndaşı, dörd nəfər İran vətəndaşı, dörd nəfər Tacikistan vətəndaşı, üç nəfər Banqladeş vətəndaşı, iki nəfər BƏƏ vətəndaşı, iki nəfər İraq vətəndaşı, iki nəfər Əfqanıstan vətəndaşı, iki nəfər Qana vətən­da­şı, bir nəfər Konqo vətəndaşı, bir nə­fər Səudiyyə Ərəbistanı vətəndaşı, bir nəfər Suriya vətəndaşı, bir nəfər Misir vətəndaşı ölkə ərazisinə buraxılmayıb. 










Загрузка...
Загрузка...

Xəbər lenti