Britaniya hakimi 'Sovet zəmanəsinin dissidentini' mühakimə etməyib

Britaniya hakimi 'Sovet zəmanəsinin dissidentini' mühakimə etməyib
Загрузка...
Britaniya hakimi Sovet zəmanəsinin dissidentlərindən biri – Vladimir Bukovskini mühakimə etməmək barədə qərar qəbul edib. Bukovskiyə qarşı azyaşlıların nalayiq şəkillərini yaratmaq və saxlamaq ittihamı irəli sürülmüşdü. 73 yaşlı Bukovski Britaniyada 2015-ci ildə keçirilmiş ilkin dinləmədə ittihamları qəbul etməmişdi. Kembric Kral Məhkəməsinin hakimi Gareth Hawkesworth-ün hökmündə deyilir ki, Bukovskinin ürəyində, ağ ciyərlərində, qara ciyərində və böyrəklərində ciddi xəstəlikləri var”. 

Hökmdə bu da qeyd olunur ki, onun səhhəti qənaətbəxş dərəcədə yaxşılaşarsa, bu qərara təkrar baxıla bilər. Bukovski ona qarşı ittihamlara etiraz olaraq aprelin 20-dən mayın 16-dək aclıq aksiyası keçirmişdi. Vladimir Bukovsky 1960-1970-ci illərdə anti-Sovet təbliğatına görə 12 il həbsxana və ruhi xəstəxanalarda olub Vladimir Bukovsky 1960-1970-ci illərdə anti-Sovet təbliğatına görə 12 il həbsxana və ruhi xəstəxanalarda olub Bukovski həmçinin Londondakı Ali Ədalət Məhkəməsinə apellyasiya müraciəti edərək bildirmişdi ki, o Rusiya Federal Təhlükəsizlik Xidmətinin qarayaxma kampaniyasının qurbanı olub.
1960-cı və 1970-ci illərdə Bukovski anti-Sovet təbliğatına görə 12 il ərzində həbsxana və ruhi xəstəxanalarda saxlanmışdı. O 1976-cı ildən Britaniyada yaşayır və prezident Vladimir Putinin qızğın tənqidçisidir. Bukovski habelə keçmiş Rusiya kəşfiyyat zabiti Aleksandr Litvinenkonun 2006-cı ildə Londonda radioaktiv zəhərlənmə ilə öldürülməsinə görə Kremli ittiham edirdi.
Загрузка...
Загрузка...

Xəbər lenti