Загрузка...

'Çudo-Peçka'ın sahibi: ‘Dedi ki, bu, keçmiş nazir və xanımının qərarıdı…’

'Çudo-Peçka'ın sahibi: ‘Dedi ki, bu, keçmiş nazir və xanımının qərarıdı…’
Загрузка...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi başlayan "Çudo Peçka"nın sahibi Çingiz Cəlilovun istintaqa ifadəsi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ç.Cəlilov deyib ki, 2001-ci ildə "Çudo Peçka" MMC-ni təsis edib:
"İşlə bağlı bir neçə banka kredit üçün müraciət etdik. Götürdüyümüz kreditlər vaxtında ödənilib. 2006-cı ildə Yaşar Babayevlə "Bakı Biskivit Fabriki"ni işlətməyə başladıq. Yaşar Babayevin sahibi olduğu "ABU holdinq"in baş direktoru Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də "Standart Bank"ın idarə heyətinin sədri Səlim Kirmanla ünsiyyətimiz yarandı. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz onunla danışırdı".
 
 
Çingiz Cəlilov bildirib ki, qardaşı Pərviz bir müddət sonra Səlimin şirkətin 30 faizini almaq istədiyini deyib: "Biz təkliflə razılmaşdıq. 2008-ci ildə İqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona satdıq. Səlimlə aramda bağlanmış ayrıca müqaviləyə əsasən ona olan 1 milyon 212 min manat borcum silinməli idi. Əlavə olaraq hər ay mənə 30 min manat ödənilməliydi. Amma Səlim Kirman öhdəlikləri yerinə yetirmədi. Səlim Kirman 1 milyon 212 min borcu ödəmədi, 5 aydan sonra isə aylıq ödəmili olduğu 30 min manatı da verməməyə başladı. Mən 1,2 milyonluq borcumdan 800 min manat ödədim, 400 min manatlıq əmlak da girov qoydum. 2006-cı ildən "Çudo Peçka" Səlimin nəzarətinə keçdi".
 
 
Çingiz Cəlilov əlavə edib ki, S.Kirman 2012-ci ildə ona "Çudo Peçka"nın daha da inkişaf etdirilməsini təklif edib və bu məqsədlə digər ailə üzvlərinin adına kredit götürülməsini məsləhət görüb: "Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələr çox böyük məbləğlərdə idi. Həmin sənədlər arasında kassa məxaric ordeni olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi verdilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini deyirdi. 2014-cü ilin iyununda isə mənə və ailə üzvlərimə Səbail rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi.
Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Rayon Məhkəməsi bizi cavabdeh kimi qəbul edib, əleyhimizə qərar çıxartdı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən "Çudo Peçka" şirkətinə yönəldilib. Məhkəmə dövründə bankdan adıma olan çıxarışları əldə edəndə bildik ki, iki kredit üzrə 150 min manat mənim hesabıma, qalan pullar isə başqa adamların adına köçürülüb. 2016-cı ildə isə Binəqədi rayon Məhkəməsi qərarı ilə şirkət bizə qaytarıldı. Apardığımız yoxlamalar zamanı məlum oldu ki, ailəm adına götürülən kreditlər şirkətin işlərinə yönəldilməyib".
 
 
Çingiz Cəlilov qeyd edib ki, bankdan götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mkr ərazində olan mağazalar açılıb: "Həmçinin "5 Qazan" kulinariya evi işə salınıb. Bundan başqa torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılıb. 2009-cu ilədək banka 15 milyon manat pul ödənilib. Həmin vaxt kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz məşğul olurdu, 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyəti həyata keçirmək üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb məsələni aydınlaşdırmaq, bizi niyə məhkəmə verdiyinin səbəbini öyrənmək istədim. Səlim dedi ki, bu bankın rəhbəri Heydər Babayevin və xanımın qərarıdır. Biz şirkəti Səlimə verəndə 14 mağaza vardı. Kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə gedib. Ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib. Həmin pullarla şəxsi əmlak, mənzil, torpaq, bağ evi almayıb".
Загрузка...
Загрузка...

Xəbər lenti