BİR OĞRUNUN İKİ DƏFƏ TUTULMASI… – Müəmma

BİR OĞRUNUN İKİ DƏFƏ TUTULMASI… – Müəmma
Загрузка...
 Təxminən 2 ay əvvəl oğurluğa görə tutulmiş şəxs yenidən həbs olunub. Belə ki, dünən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti Bakının Xətai rayonunda yerləşən marketlərin birindən oğurluq edən şəxsin yaxalandığı barədə videogörüntülü məlumat yayıb (http://apa.tv/video/49637).
Məlum olub ki, İkram Quluzadə adlı Biləsuvar rayon sakini oradan içərisində 3600 manat olan kassa aparatını oğurlayıb. Ancaq maraqlısı və qəribəsi odur ki, adçəkilən şəxsin eyni əməli törətdiyi üçün 2 ay əvvəl də həbs olunduğuna dair məlumat yayılmışdı. 

Bu il aprelin 6-da DİN mətbuat xidmətinin yaydığı xəbərdə (http://apa.tv/video/47894) bildirilmişdi ki, Biləsuvarda poçt şöbəsi və mağazadan, həmçinin yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb. Onların Biləsuvar sakinləri İkram Quluzadə və İsrafil Bayramov olduqları müəyyən edilib. Bu iki məlumatdan belə aydın olur ki, cəmi 2 ay əvvəl oğurluq etdiyi üçün həbs olunan şəxs, yenidən eyni əməli törədib. Bunu həbs olunan şəxslərlə bağlı yayılan videolardan görmək mümkündür.
Həbsə alındığı iddia edilən İkram Quluzadə eyni adamdır. Belədə sual olunur: iki ay əvvəl Biləsuvarda oğurluq etdiyi üçün saxlanılan bu şəxs, necə olub ki, azadlığa buraxılıb? Həbs olunduğu bütün ölkə ictimaiyyətinə nümayiş etdirilən biri necə olur ki, paytaxta yenidən oğurluq edir? Yəni, oğurluğa görə cəzalar bu qədər yüngüldür?
Загрузка...
Загрузка...

Xəbər lenti