Bir oğlunu qəbirə, o birini həbsə göndərən ana: "Nə zülmlə böyütmüşəm"

Bir oğlunu qəbirə, o birini həbsə göndərən ana:
Загрузка...
Xızıda qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Ş.Məhərrəmov özünü qismən təqsirli bilib. O bildirib ki, 2005-ci ildə üç qardaş 4 hektar torpaq sahəsində təsərrüfatla məşğul olub:
"Bir müddət belə işlədik. Sonra torpağı aramızda bölmək istədik. Lakin böyük qardaşım Səməd buna etiraz etdi və torpaq sahəsini heç kimlə bölməyəcəyini dedi. Bundan sonra aramızda problemlər oldu. Kiçik qardaşıma məxsus torpaq sahəsində tikinti apardıq. Getdi məhkəməyə verdi. Sonra mən onun üstünə getmədim. Amma onun hədələri, söz-söhbətləri bitmədi. Həmin gün də torpaq sahəsində olan elektrik xəttini açmaq istəyirdim. Ərazidə iş gedirdi, xətt qırılmasın deyə. Mənə arxadan yaxınlaşıb təpiklə vurdu. Ona dedim ki, "məni bezdirmisən, səni öldürəcəm". Səməd isə məni yenidən təhqir edərərək "səndə o ürək hardandır?" dedi. Əsəblərimi cilovlaya bilmədim. Evdən silahı götürüb onu vurdum".
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Prosesdə şahid qismində Xəzəngül Məhərrəmova ifadə verib. O, təqsirləndirilən şəxsin və mərhumun anasıdır. "İstəməzdim ki, iki balamı da bu vəziyyətdə görüm. Mən onları nə zülmlə böyütmüşəm"
Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 30-da Xızı rayonunda baş verib. Rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib. İki qardaş arasında uzun müddət imiş, torpaq sahəsi üstündə münaqişə varmış. Dünən onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.
Загрузка...
Загрузка...

Xəbər lenti