Baş nazirlə müavinlərinin saxlanıldığı anın - Videosu Baş nazirlə müavinlərinin saxlanıldığı anın - Videosu

Baş nazirlə müavinlərinin saxlanıldığı anın - Videosu
Загрузка...
 Xəbər verdiyimiz kimi, Dağıstanda Federal Təhlükəsizlik Xidməti əməkdaşları biri baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əbdusamad Həmidov, ikisi onun müavini olmaqla dörd yüksək vəzifəli şəxsi saxlayıb. Saxlanılan məmurlar büdcədən sosial proqramların reallaşması üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar. "Qafqazinfo”nun "Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsi Dağıstan hökumət üzvlərinin saxlanılma anını əks etdirən videogörüntüləri yayıb.
Görüntülərdə məmurlardan birinin villası, Həmidovdan götürülən qızıl TT tapançası, "Beretta” tapançası və iki Kalaşnikov avtomatı, yüksək vəzifəli şəxslərin qandallanaraq və gözübağlı şəkildə təyyarə ilə Moskvaya göndərilmə anı əks olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti