Baloğlanın konsertindən sonra "vorovskoy" söhbətlər: "Məni kriminal aləmlə hədələyirlər..."

Baloğlanın konsertindən sonra
Загрузка...
Ötən gün "Yaşıl teatr”da Əməkdar artist Baloğlan Əşrəfovun solo konserti baş tutub. Criminal.az xəbər verir ki, konsertdən aylar öncə xeyli internet reklamı, şəhərin müxtəlif məkanlarında bilbordlar, avtobusların üstündə afişalar, TV-də anonslar getsə də, konsertə cüzi sayda bilet satılıb. Zalın yarıdan çoxu boş olması, səhnə dekorasiyasının olmaması diqqət çəkib. Əşrəfov isə biletin satılmamasına görə konsertin təşkilatçısını ("Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttab) günahlandıraraq hətta onu tanımadığını bildirib.
Bütün bu ittihamlara isə Samir Xəttab sosial media hesabında cavab verib: "Bu gün baş tutmuş Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki bu gün biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim. Çünki kariyeram boyu bu cür texniki rayder, səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə son günə qədər gözləməyi xahiş edən, bərbad sayda satılmış biletlərdən biabır olmaqdan çəkinən sənətçi bu gün səhnədə niyəsə elə hey məni yad edirmiş. Hətta təşkilatçını tanımırmış. Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs niyəsə özünə aid olan tamaşanı utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa, üzdə başqa danışmaq lazım deyil”. 
Samir Xəttab
Daha sonra təşkilatçı qeyd edib ki, müğənnini məhkəməyə verəcək: "Hər şey rəsmidir. Bazar ertəsi bütün rəsmi sənədlərlə açıqlamam olacaq və barəsində mənim ünvanıma kütləvi tədbirdə şər-böhtan fikirlərinə, ictimai işgüzar nüfuzuma xələl yetirməsinə görə, maddi və mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm. Arxamca danışmaqdansa, mənim kimi zəng edib, üzə demək daha çox cəsarət tələb edir, uçan quşlar... ”.
S.Xəttab Criminal.az saytına bildirdi ki, Baloğlan Əşrəfovun qohumları onu kriminal aləmlə hədələyir"Səhər açılandan Baloğlan Əşrəfovun qohumları, oğlu və digər yaxınları telefonumu dağıdır. Gah hədə-qorxu, gah "vorovskoy" söhbətlər, gah da kriminal aləmlə hədələyirlər. Sanki mənim ixtiyarım yoxdur düz sözü deməyə. Bütün hədələr cinayət məsuliyyəti daşıdığını unudublar. İndiyə kimi çox susdum.
Baloğlan Əşrəfov Criminal.az saytına açıqlamasında Samir Xəttabın fikirlərini təkzib etdi və bildirdi ki, təşkilatçı tərəfindən konsertin reklamı düzgün aparılmayıb: "Konserti özbaşına ləğv edib, mənim bundan xəbərim olmayıb, hətta konsertə əlində biletlə gələnlərin qarşısını kəsərək, tədbirin ləğv edildiyini bildirib. Mən isə tamaşaçılara hörmət əlaməti olaraq, onların qarşısına çıxaraq konsert vermişəm. Oğlumun, yaxınlarımın onu hədələməsinə gəlincə, bu, təşkilatçının özünü müdafiə etmək üçün növbəti təxribatıdır. Mənim oğlumun kriminal aləmlə heç bir əlaqəsi yoxdur.
Загрузка...
Загрузка...

Xəbər lenti