Bakıda yol polisi sürücünü vurub qulağını dağıtdı: “Hadisəni ört-basdır etməyə çalışırlar” – FOTO

Bakıda yol polisi sürücünü vurub qulağını dağıtdı: “Hadisəni ört-basdır etməyə çalışırlar” – FOTO
Загрузка...
 Bakıda yol polislərinin sürücünü döyərək xəsarət yetirdiyi iddia olunur. Vətəndaş Könül Əyyubova "Qafqazinfo”ya müraciət edərək bildirib ki, martın 30-dan 31-nə keçən gecə, saat 12 radələrində qardaşı, 1990-cı il təvəllüdlü Fariz Əyyubov Nizami rayonu, Naxçıvanski küçəsi 64 ünvanında, yəni yaşadığı binanın həyətində döyülüb. O, 99 MA 225 nömrəli "Mercedes” markalı avtomobilini park edərkən 99 YP 509 saylı xidmət avtomobili ona yaxınlaşıb:

"İki nəfər yol polisi qardaşımı zor gücünə maşından düşürməyə çalşıblar, o müqavimət göstərdikdə isə döyərək xəsarət yetiriblər. Polislərdən biri Farizin qulağından yumruqla vurdu və o, huşunu itirərək yerə yıxıldı Polis isə daha sonra qardaşımın cibindən maşının açarını götürərək avtomobili cərimə meydançasına aparıb. Maşın hələ də cərimə meydançasındadır, rəsmi olaraq niyə saxlanıldığını da bizə demirlər”.
K.Əyyubova bildirib ki, qardaşının aldığı xəsarətlərlə bağlı həkimdən ekspert rəyi də verilib: "Qardaşımın döyülməsi faktının araşdırılması və həmin yol polisi əməkdaşlarının cəzalandırılması üçün Daxili İşlər Nazirliyinə və qurumun tabeliyindəki digər müvafiq orqanlara müraciət etsək də, bu günə kimi heç bir nəticə yoxdur. Rəsmilər hadisəni ört-basdır etməyə çalışır”. 

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələylə bağlı bildirib ki, çox zaman inzibati tənbeh tədbiri seçildiyi zaman vətəndaşlar bundan narazı olur və bunun əvəzini müxtəlif vasitələrlə çıxmağa çalışır: "Maraqlısı budur ki, onlar bizə müraciət etməkdənsə, məsələnin ictimailəşdirilən zaman həll edildiyini zənn edirlər. Sizin qeyd etdiyiniz fakt əgər həqiqətən də varsa, vətəndaş buyursun sizə etdiyi müraciəti bizə də bildirsin. Biz də araşdırıb qanunvericilikdə göstərilən tələblər üzrə hərəkət edək. Ancaq bu inandırıcı deyil. Çünki bu gün yol polisinin üzərində səsyazma qurğusu var. Müraciət etsinlər, biz də deyilən vaxtı, deyilən saatı araşdıraq, görək kim kimi döyüb, kim kimi söyüb”. 

Загрузка...
Загрузка...

Xəbər lenti