Bakıda soyunduraraq döydükləri şəxsdən pul alan dəstə hakim qarşısında: "Namus üçün..."

Bakıda soyunduraraq döydükləri şəxsdən pul alan dəstə hakim qarşısında:
Загрузка...
Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıblar. Məlum olub ki, həmin şəxslər zərərçəkmişi soyundurduqdan sonra onun telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmiş şantaj edərək dəfələrlə ondan pul tələb ediblər. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.
İlk şahid Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Hətəm Əliyev olub. Hətəm Əliyev təqsirləndirilən şəxslərin saxlanılması üçün keçirilən əməliyyata rəhbərlik edib. Polis mayoru söyləyib ki, Toğrul adlı şəxs idarəyə yaxınlaşaraq 4 nəfərin onu lüt soyunduraraq döydüyünü və pul tələb etdiyini bildirib: "Toğrul adlı şəxs bildirdi ki, ondan dəfələrlə pul alıblar. Biz bunu rəhbərliyə məruzə etdik və əməliyyat qrupu yaradıldı.Toğrula 400 dollar verdik və növbəti dəfə qrupun üzvləri ilə görüşməsini istədik. Onlar arasında növbəti görüş təyin edildi. Toğrul kafedə onlarla görüşən zaman bizə mesaj yazdı ki, artıq gəliblər. Pulu onlara verəndən sonra biz əməliyyat keçirdik. Özümüzü təqdim etdik və üzərlərində olanları bizə təqdim etmələrini istədik. Pulu öz aralarında bölmüşdülər. Üzərlərinə baxış zamanı bizim Toğrula təqdim etdiyimiz 400 dollar aşkar edildi. Həsənbalada və Rəşadda 100 dollar, Zeynalda isə 200 dollar var idi. Hal şahidlərinin iştirakı ilə protokol tərtib edildi".
Polis mayoru deyib ki, Toğrul şikayətində qruplaşma üzvlərinin onu rüsvay edəcəyi ilə bağlı hədələyib və yaşadıqları Yasamal rayonu ərazisində biabır edəcəklərini deyiblər: "Toğrul dedi ki, onu aldadaraq Dəyanətin evinə aparıblar. Orada onu videoya çəkmişdilər. Həmin görüntü cinayət işi materiallarında var". Təqsirləndirilənlərdən Dəyanət Abdullayev deyilənlərlə razılaşmayıb. O bildirib ki, qruplaşma ilə heç bir əlaqəsi olmayıb və əməliyyatda da orada olmayıb: "Mən heç kimdən pul istəməmişəm. Zərərçəkmiş də gəlsin bunu desin. Burda bizi bədbəxt edirlər".
Polis əməkdaşı əlavə edib ki, Toğrul adlı şəxs soyundurulub döyülərkən onu videoya ilə lentə alan şəxs Dəyanət olub. Digər təqsirləndirilən şəxslər də şahidin dedikləri ilə razılaşmayıblar. Onlar bildiriblər ki, onlar əməliyyatla saxlanılmayıblar. Müttəhimlər əlavə ediblər ki, Toğruldan pul almayıblar və saxlanılan zaman ciblərində pul olmayıb. Məhkəmə iclasında əməliyyatda iştirak edən polis əməkdaşları Emin Səfərov və Fərid Kazımov da ifadə verib. Onlar digər polis əməkdaşı kimi eyni məzmunlu ifadə veriblər. Bu zaman yenə də şahidlər təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. Məhkəmədə hal şahidi Hüseynağa Məmmədov da ifadə verib. Təqsirləndirilən şəxslər hal vahidinin də yalan danışdığını deyib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Toğrul adlı şəxsi döymələrini, hadisəni videolentə almalarını inkar etmirlər. Dəyanət Abdullayevin dediyi fikirdən isə hadisənin namus cinayəti olması ilə bağlı ehtimal yaranır. Çünki Dəyanət məhkəmədə deyib ki, bu işi namus üçün edib: "Mən telefonla çəkmişəm. Bu addımı da namusunu üçün atmışam". Məhkəmə iclasında zərərçəkmiş şəxs iştirak etməyib. Digər şahidlər də gəlmədiyindən məhkəmə iclası sentyabrın 28-nə təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti